Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə kompüter dərnəyi üzrə “Elektron poçt” mövzusunda onlayn məşğələ keçirilib.
Məşğələnin keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtının səmərəli təşkili, kompüter elminə marağın artırılması və şagirdlərin kompüterdən istifadə bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
Məşğələdə dərnək rəhbəri Zeynal Nağıyev elektron poçt ünvanının işləmə prinsipi, onun funksiyaları, hissələri və necə yaradılması haqqında şagirdlərə məlumat verib. Qeyd edib ki, elektron poçt təhlükəsizliyi bir elektron poçt hesabı və ya xidmətin girişi və kontentini təmin etmək üçün istifadə olunan kollektiv tədbirlərə aiddir. Elektron poçt təhlükəsizliyi, bir elektron poçt xidmətini təmin etmək üçün istifadə olunan, bir çox üsulu əhatə edən geniş bir termindir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti