Bu gün Əbrəqunus kənd tam orta məkltəbinin həyətində Culfa Rayon Uşaq Gənclər İdman Məktəbinin dərnək üzvülərinə “Voleybol topunun yuxarıda çilənməsi və bir-birinə ötürülməsi” mövzusunda məşğələ keçirilib. Məşğələnin keçirilməsində əsas məqsəd məktəblilər arasında voleybol idman növünün kütləviliyinə nail olunması, gənc nəslin idmana olan marağının artırılması və şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət olub. Məşğələ zamanı məşqçi-müəllim Afrəddin Cəfərov mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verərək onlara praktiki göstərişlər vermişdir. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Həmçinin avqustun 21-də Naxçıvan Şəhər Uşaq Kitabxanası və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilib. Müzakirədə rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti