21 avqust 2020-ci il tarixdə Babək şəhər 1nömrəli tam orta məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında stolüstü tenis üzrə rayon birinciliyi keçirilib. Birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında tenis idman növünün kütləviliyinə nail olmaq, onların asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmək və şagirdləri fəal idman həyatına cəlb edilməsidir. Olimpiya sistemi üzrə şəxsi birincilik əsasında keçirilən görüşlərdə Babək şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri İlkin Süleymanlı I, Yaqub Abdullayev II, Fərid Məmmədli isə III yerə layiq görülüb.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib. Qeyd edək ki, stolüstü tenis turniri Babək Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti