Naxçıvan Dövlət Televiziyasında yayımlanan “Uşaqların maraq dairəsi” verilişinin 19 avqust 2020-ci il tarixdə yayımlanan buraxılışının qonaqları Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Dekorativ tətbiqi sənət dərnəyinin rəhbəri Səkinə Qarayeva, dərnək üzvləri Sara İsmayılova və Gülçin Hüseynova olmuşdur.
Dekorativ tətbiqi sənət dərnəyinin rəhbəri, rəssam Səkinə Qarayeva dekorativ tətbiqi sənət növünün qədim el sənətinin kökləri üzərində yarandığını qeyd etmiş, qədim el sənətini özündə yaşadan dərnəklərə olan maraqdan danışmış, bu dərnəklərdə işləyərkən də üstünlüyün milli ornamentlərə, üsluba verildiyindən bəhs etmişdir. Həmçinin dərnək rəhbəri Dekorativ tətbiqi sənət dərnəyinin üzvlərindən Cabbarlı Nazifənin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsində qalib olduğunu vurğulamış, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkil etdiyi onlayn sərgilərdə dərnək üzvlərinin aktiv iştirak etdiyini bildirmişdir.
Verilişdə dərnək üzvləri Sara İsmayılova və Gülçin Hüseynova bu dərnəyə olan maraqlarından danışaraq, veriliş müddətində hazırladıqları əl işlərini təqdim etmişlər.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti