• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün783
mod_vvisit_counterDünən1573
mod_vvisit_counterBu həftə8931
mod_vvisit_counterBu ay30337
mod_vvisit_counterÜmumi2971148

Tarix: 18 Yan., 2025

Tarix dayanmır

Həsənova Nazəni Məhəmməd qızı – 1966-cı ildə Ordubad rayon Biləv kəndində anadan olub. Orta təhsilini Biləv kənd tam orta məktəbində, ali təhsilini isə Naxçıvan Müəllimlər İnstitutunda alıb. 2003-2012-ci ilədək Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə kitabxanaçı, 2012-ci ildən isə Heydər Əliyev adına Hərbi Liseydə kitabxana müdiri vəzifəsində işləyir. Nazəni Həsənova “Hilalım”, “Dahilik zirvəsi”, “Bir ana axtarıram”, “Xocalı”, “Vətən marşı”, “Kimyəvi qəhrəmanlar” və sair olmaqla 300-dən çox şeir və “Dahi rəhbərin iş günü” poemasının müəllifidir.

Tarix dayanmır

Tarixlərin yaddaşıdır mənim yurdum,

Mən bu yurdda məskən salıb yuva qurdum.

Nağıllarla, türkülərlə böyüdübdür məni anam,

At belində qılınc çalıb elim-obam.

Mən ki yerdən çıxmamışam, hər gələn kəs əzsin məni,

Dişlərimlə didim-didim mən didərəm,

Parçalayaram düşməni.

Qədim tarix dərəsindən qopan səsəm, harayam mən,

Neçə-neçə məbəd, qala, imarətəm, sarayam mən.

Kimdir mənim qılıncımı vurub salan, gəlsin görək,

İgid kimdir, biz göstərək!

Qorxu nədir, bilmirəm mən, bilsin düşmən,

O kimdir ki, mənim ayağım altını qazıb sökür,

O kimdir ki, mənim qoca tariximə gözün dikir,

Ağdamıma, Xan Şuşama, Xocalıma hasar çəkir!?

Xain düşmən, sən bilmirsən, namərdliklə oturduğun

O bağça-bağ bizimkidir, o Qarabağ bizimkidir!

Alp ərənlər, Dədə türklər arxasında gizlənmisən,

Gecə çıxan yarasadək, gəl qabağa, gəl bir görək,

Döyüşlərdə ad çıxaram özüm gərək!

Sən qorxursan pis qanından, sən qorxursan neçə-neçə

Azərbaycan aslanından!

Tariximə nəzər sal bir, mən soyumla, keçmişimlə

Qürur duyur, fəxr edirəm, gəl qabağa,

Görüşünə tək gəlirəm, gəl bir çıxaq üz-üzə bir,

Bəsdir daha gizləndiniz! Sən nəsən ki,

Sənin bütün elin gələ, bil ki, bizə çata bilməz,

Erməninin yüz dənəsi bircə türkə bata bilməz!

Mən bilirəm, sən qorxursan pis qanından,

Sən qorxursan neçə-neçə Azərbaycan aslanından!

Mən dünyaya gələn zaman anam mənim

Gözlərimə torpaq töküb, mən anamdan,

Atamdan çox torpağıma can atmışam,

Mən Azəri balasıyam, od-alovdan yaranmışam.

Sənin yediyin o çörək mənim ulu əcdadımın

Qazancıdır, tikəsidir.

Udduğunuz hava, su da,

Vətənimin çöllərinin buz-buz axan bulağının nəfəsidir!

Dağa-daşa haray sallam,

Torpağımı bir həmlədə geri allam!

Sən qorxursan pis qanından,

Sən qorxursan neçə neçə Azərbaycan aslanından!

Mən bilirəm bu gün nədən narahatdır ruhum, daşım.

Narahatdır neçə-neçə, şəhid atam, qan qardaşım,

Yağı düşmən bəri dur bir,

Gəl yaxşı bax, cərgə ilə sıralanmış məzar daşa,

Çıx qarşıma, çıx savaşa!

Sən vurmusan bu yaranı ürəyimə,

Xocalıda, Qarabağda yetim qalan bu harayı ürəyimə.

İndi gözlə, mən gəlirəm üzərinə mənfur yağı,

Yenilməyən Ordumuzun hünəriylə alacağam bu torpağı!

Dağı-daşı mən lərzəyə gətirərəm,

“Ermənistan” kəlməsini yer üzündən götürərəm!

Tanımırsan hələ məni, Azəriyəm, od oğluyam,

Qanım türkdür, türkdür, türkdür,

Öndərimin adı Heydər, bir babam da Atatürkdür!

Sən əvvəldən qorxdun türkdən, öz qınına çəkilməyi bacarmadın, əcəlinə sən susadın!

Yaxın gəl bir məni tanı, mən nəbilər,

Mən həzilər, mən mehdilər nəvəsiyəm,

Mən xalqımın haqq səsiyəm.

Düz deyirsən, zaman-zaman mən unutdum,

Dədə Qorqud babamızın sənə xain deməyini,

Sən unutdun bu torpaqda yediyin duz-çörəyini,

Mən unuttum yaddaşımı, sənin kimi

Bir namərdə bel bağladım,

Neçə-neçə torpağımı itirərkən,

Hönkür-hönkür mən ağladım.

Bəsdir daha, xain düşmən, mən necə ki,

Torpağımı almamışam, yuxu mənə haram olsun,

Çörək mənə haram olsun!

Vətənin naz-nemətləri gərək mənə haram olsun!

Mən vətənə söz vermişəm,

Yeddi təpə aşacağam, yeddi oğulla bərabər,

Qarabağa qoşacağam!

Mən anama söz vermişəm,

Qılınc çalıb qollarımla, torpağımı alam gərək,

Mən qələbə çalam gərək!

Söz vermişəm Vətənimə, tariximə,

Gözü dönmüş kafirləri torpağımdan siləm gərək,

Ölsəm belə gazi olub, şəhid olub,

Vətən üçün öləm gərək!

Ürəyimdə Vətən eşqi, gözlərimdə barıt, atəş,

Damarımda şəhid qanı,

Bayrağımda ay və günəş,

Çəkil mənim torpağımdan ey fitnəkar,

Bir də gördün üzərinə qartal uçar,

Parçalayar qollarını, alar sənin əllərindən torpağımı

Caynağıyla didər səni, xain düşmən!

Qaytar mənim torpağımı, gözüdoymaz,

Ac, yalavac yaşamağa öyrənmisən həmişə sən!

Sən qorxmursan Koroğlunun nərəsindən?

Dağa-daşa haray sallam,

Torpağımı bir həmlədə geri allam!

Sən qorxursan, pis qanından,

Sən qorxursan neçə-neçə,

Azərbaycan aslanından!


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg