• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün817
mod_vvisit_counterDünən1573
mod_vvisit_counterBu həftə8965
mod_vvisit_counterBu ay30371
mod_vvisit_counterÜmumi2971182

Tarix: 18 Yan., 2025

Ümumtəhsil müəssisələrinin informasiya sistemi üzrə onlayn seminar keçirilib

Muxtar respublikada təhsilin bütün pillələri dövlət qayğısı ilə əhatə olunmuş, müasir tələblərə cavab verən infrastrukturun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Muxtar respublika rəhbərinin təhsilə göstərdiyi qayğının nəticəsində informasiya texnologiyalarının təhsilə tətbiqi diqqətdə saxlanılmış, təhsil müəssisələri 5500-dən çox internetə çıxışı olan kompüter, 600-dən çox elektron lövhə ilə təchiz edilmişdir. Bu sahədə həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir ki, təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq olunmuş, bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanları təmin edilmişdir.

Bütün bunlarla yanaşı elektron vasitələrin istər texniki cəhətdən,  istərsə də proqram təminatı baxımından sazlığıda diqqətdə saxlanılmış,ümumtəhsil məktəblərində kompüterlərin, elektron lövhələrin, şəbəkə qurğularının, digər elektron cihaz və avadanlıqların alınmasını, quraşdırılmasını, təmirini və onlara texniki xidmət göstərilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.

Eyni zamanda bu sahədə kadrların təkmilləşdirilməsi üçün də səmərəli addımlar atılmış, bir sıra seminar və müşavirələr keçirilmişdir. Belə tədbirlərin davamı olaraq 31 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Şəhər və Rayon Təhsil şöbələrinin baş məsləhətçiləri və təhsil müəssisələrinin Təhsilin idarəolunmasının məlumat sistemi üzrə əlaqələndiricilərinə onlayn seminar keçirilmişdir.

Seminarın keçirilməsində əsas məqsəd Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) haqqında məlumatların müntəzəm yenilənməsi prosesində əlaqələndirici kadrların peşəkarlıq səviyyəsini artırılmasıdır.

Seminarda Nazirliyin sektor müdiri Məmməd Bayramov çıxış edərək UTİS proqramının tətbiqi, əsas xüsusiyyətləri və əhəmiyyəti haqqında ətraflı məlumat verib. Sektor müdirivurğulayıb ki, muxtar respublika üzrə təhsil müəssisələrinin şagird və müəllim heyəti haqqında bütün məlumatların ümumiləşdirilməsi və saxlanılması məqsədilə UTİS proqramı tətbiq olunur.

Bu proqramın tətbiqi nəticəsində ümumtəhsil məktəblərinin maddi bazası, sinif komplektləri, kitabxana fondları, laboratoriyaları, həmçinin şagird kontingenti,  şagirdlərin təhsil müəssislərinə qəbulu və yerdəyişməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar, müəllimlərin təhsili, cari iş fəaliyyəti və digər bu kimi məlumatları əhatə edən elektron məlumat bazası yaradılmışdır.

Proqramın düzgün və vaxtında işlənməsindən bəhs edən sektor müdiri qeyd edib ki, muxtar respubikada təhsilə göstərilən qayğının, yaradılan şəraitin nəticəsidir ki, bu gün  istənilən ümumtəhsil məktəbində  bu proqramdan səmərəli istifadə ən yüksək səviyəyədədir. Bu proqram muxtar respublikamızda ötən tədris illərində tam və dolğun işlənərəkrespublikanın digər bölgələri ilə müqayisədə nümunəvi olmuşdur. Seminar iştirakçılarının diqqətinə çatdırılıb ki, bu tədris ilində də nümunəvi yerimizi qorumaq, təhsilverənlərin sertifikasiyasına hazırlıq və istənilən məlumatı proqramdan operativ şəkildə əldə etmək üçün bundan sonra da bütün məlumatlar, yeni işə qəbul olunan, işdən azad olan, eyni zamanda proqramda mövcud olan kadrlar və şagirdlər haqqında məlumatlar və sənədləriyenə də operativ  işləməliyik.

Proqramın digər üstünlüklərindəndə bəhs edilərək qeyd edilibki, ötən tədris ilindən Dövlət İmtahan Mərkəzinin “Şagird-məzun” sistemi  ilə inteqrasiyası nəticəsində məzunlar haqqında məlumatlar avtomatik olaraq UTİS sisteminə köçürüldüyündən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan məzunların sistemə işlənməsi qaydası sadələşdirilib.

Sonra seminar iştirakçılarına proqramla işləmə qaydaları haqqında məlumat verilib, Təhsilin idarəolunmasının məlumat sisteminin əlaqələndiricilərinin vəzifələri və məsuliyyəti ilə bağlı müzakirələr aparılıb vəseminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Seminarın sonunda iştirakçılara “Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi” təlimat elektron formada paylanılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan  Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg