Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Təhsil Nazirliyinə birbaşa tabe məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvlərinin Naxçıvan Dövlət Tarix Muzeyinə onlayn ekskursiyası təşkil olunub. Ekskursiyada Heydər Əliyev Uşaq-Gənclər Yaradıclıq, Turist Diyarşünaslıq, Texniki Yaradıcılıq və Ekoloji Tərbiyə mərkəzlərinin 40-dan çox dərnək üzvü iştirak edib.
Ekskursiyanın təşkil edilməsində əsas məqsəd şagirdlərin yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı dərnək üzvlərini Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və s. ilə tanış etmək və şagirdlərdə dövətçilik, vətənə, millətə bağlılıq ideyalarını inkişaf etdirməkdən ibarət olub.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrində hazırda onlayn dərslər, müsabiqə və yarışların keçirilməsi davam edir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti