Naxçıvan Muxtar respublikası İqtisadiyyat Nazirliyi, Sədərək Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Sədərək Rayon Mərkəzi Bazarında yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını rahat şəkildə təmin etmək məqsədilə məktəbli yarmarkası təşkil olunub.
Bu gün açılışı olan yarmarkanın tədbirində İqtisadiyyat Nazirliyi, Sədərək Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin əməkdaşları iştirak edib.
Sentyabrın 14-dək davam edəcək yarmarkada məktəbli ləvazimatları alıcılara münasib qiymətlərlə təklif olunur. Muxtar respublikada məktəbli geyimlərinə olan tələbat tam olaraq yerli istehsal hesabına ödəndiyi üçün təşkil edilən yarmarkalarda da burada istehsal olunmuş məktəbli geyimləri əhaliyə təklif edilir.
Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün rayonlarında və böyük kəndlərində də təşkil olunur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti