27-31 avqust 2020-ci il tarixlərdə Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə təhsilverənlərin sertifikatlaşdırılmasına dair rayon ümumtəhsil məktəblərinin müəllimlərinə onlayn seminarlar keçirilib. Ümumilikdə 100 nəfərə yaxın müəllim və Təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən seminarlar hər fənn həftədə 1 dəfə olmaqla 8 fənn üzrə təşkil olunub. Seminarlarda Azərbaycan dili, ibtidai sinif, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, kimya, biologiya və fizika fənlərini tədris edən müəllimlər iştirak ediblər.
Keçirilən seminarlarda hər bir fənn üzrə seminar rəhbəri təyin olunmuş və fənn kurikulimları üzrə, habelə psixologiya və pedaqogikaya dair suallar səsləndirilmiş və cavablandırılmışdır. Rayon ümumtəhsil məktəblərinin müəllimlərinin mütəmadi olaraq iştirak etdiyi seminarlara avqustun 31-də yekun vurulub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti