• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün820
mod_vvisit_counterDünən1573
mod_vvisit_counterBu həftə8968
mod_vvisit_counterBu ay30374
mod_vvisit_counterÜmumi2971185

Tarix: 18 Yan., 2025

Sağlamlıq imkanları məhdud uşaqların Dulusçuluq və Qum sənəti dərnəklərinə onlayn məşğələsi təşkil edilib

Muxtar respublikada yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunmuş, onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılmışdır. Sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiya olunması, təhsilə cəlbinin davamlılığının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı”nın təsdiq olunması bu kateqoriyadan olan uşaqların təlim-tərbiyəsi, onların hüquqlarının müdafiə olunması istiqamətində görülən işlərin və göstərilən qayğlının daha bir nümunəsidir.

Bu proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi müvafiq tədbirlər həyata keçirir. Nazirlik tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda dünyagörüşünün formalaşması, eləcə də bu kateqoriyadan olan uşaqların müxtəlif sahələrdə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüş, onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə, tarixi abidələrə virtual gəzintiləri, həmçinin məktəbdənkənar tərbiyə müəssisələrinin dərnəklərinə onlayn ekskursiyaları təşkil olunmuşdur.

Belə tədbirlərdən biri də dünən 18 yaşadək sağlamlıq imkanları məhdud olan 10-dan çox uşağın Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Dulusçuluq və Qum sənəti dərnəklərinə təşkil edilən onlayn məşğələsidir. Naxçıvan Muxtar Respublikası Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən məşğələdə uşaqlara dərnəklərin fəaliyyəti barədə ətraflı məlumat verilib və ayrı-ayrılıqda hər iki dərnəyin rəhbəri tərəfindən uşaqlar üçün maraqlı əl işləri hazırlanıb.

Belə ki, Mərkəzin Estetik Tərbiyə, Təsviri incəsənət və Musiqi şöbəsinin Qum sənəti dərnəyinin rəhbəri Həbib Allahverdiyev təsviri incəsənətin janrlarından olan mənzərə janrı haqqında uşaqlara məlumat verdikdən sonra işıqlı masa üzərində qumla mənzərənin işlənmə texnikalarını onlara göstərib və təsviri canlandırıb.

Həmçinin Milli dəyərlər, dekorativ tətbiqi sənət və toxuculuq şöbəsinin Dulusçuluq dərnəyinin rəhbəri Elnur Əliyev uşaqlara dulusçuluq sənəti haqqında məlumat verərək gillə işləməyin qaydalarını öyrədib və hazırladığı balaca küpəni uşaqlara nümayiş etdirib.

Məşğələ uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlarda bu sənət növlərinə həvəs yaradıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg