• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün793
mod_vvisit_counterDünən1573
mod_vvisit_counterBu həftə8941
mod_vvisit_counterBu ay30347
mod_vvisit_counterÜmumi2971158

Tarix: 18 Yan., 2025

Gələcəyə parlayan ulduz – istedadlı məktəbli Suay Qasımlı

Qasımlı Suay Ramiz qızı - 30 yanvar 2007-ci ildə Naxçıvan şəhərində doğulub. 2012-ci ildə Naxçıvan şəhər Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbin birinci sinfə daxil olub. Hazırda həmin məktəbin IX sinfində təhsil alır. Suay sinif yoldaşlarından bir yaş kiçik olmasına baxmayaraq zehni inkişafı ilə onlardan geri qalmır. O, dərs əlaçısıdır və demək olar ki, məktəbdəki nümunəvi davranışına və məktəbdə təşkil edilən tədbirlərdə aktiv iştirakına görə hər tədris ilinin sonunda diplom, fəxri fərman və tərifnamələrlə təltif olunur.

Suay Qasımlı 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bakı şəhərində təşkil etdiyi “Kitabi-Dədə Qorqud” və H.Fridrix fon Dits-200”, 2017-ci ildə “Bir günəşin zərrəsiyik”, 2018-ci ildə isə “Azərbaycan: Müasirlik və gələcəyin qovuşuğunda” Beynəlxalq Şagird Konfranslarında iştirak edərək sertifikatlar alıb və təşəkkürnamə ilə təltif olunub. Konfransa təqdim etdiyi uyğun mövzular kitabda çap olunub

Bu il onun üçün daha da ələmətdar olub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin “Sabahın tədqiqatçıları” layihəsində “Sosial məkanda ana dilinin saflığının qorunması: problemlər, perspektivlər”adlı layihə ilə fəal  iştirak edən Suay Qasımlı Rusiya Təbiətşünaslıq Akademiyasının keçirdiyi “ELMƏ START” - “Şagird elmi tədqiqat və yaradıcı işləri üzrə IX Beynəlxalq müsabiqəsi”ndə uğurla iştirak edərək III dərəcəli diploma layiq görülüb.

Həmçinin Suayın fortepianoda ifa etməyə və rəqsə də böyük marağı var. Belə ki, o, bu il Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisasını qırmızı şəhadətnamə ilə bitirib. Musiqi təhsili alarkən müxtəlif tədbirlərdə fəal iştirakına görə diplomlarla təltif olunub.

İdmana maraq göstərən Suay peşəkar üzgüçülüklə də məşğul olur. Dəfələrlə yeniyetmə və gənc qızlar arasında keçirilən üzgüçülüyün sərbəst üsulu üzrə yarışlarda diplom alıb. O, əlavə olaraq atıcılıqla, velosiped və qış aylarında xizək sürməklə də məşğul olur. Bütün bunlarla yanaşı idmanın beyin gimnastikası sayılan şahmatla da mütəmadi məşğul olan Suay müxtəlif şahmat yarışlarında da diplomla təltif olunub.

Mütaliə etməyi istirahətin ən yaxşı üsulu sayan Suay asudə vaxtlarını şəhərimizin müxtəlif kitabxanalarında keçirir və o, qarşısına məqsəd qoyub ki, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan ədəbiyyatların hamısını bu ilin sonunadək oxuyub bitirəcək.

Suay səyahət etməyi, gəzərək öyrənməyi çox sevir. O, qədim Naxçıvanımızın tarixi abidələrini, qədim yurd yerlərimizi qarış-qarış gəzir. Maraqlısı budur ki, o, gördüyü yerlərə sadəcə əyləncə kimi baxmır, həmin yerlərin tarixi ilə maraqlanır və təəssüratlarını qələmə alır. Balaca səyyah indi artıq bu tipli esse və məqalələri ilə muxtar respublikamızın mətbuat səhifələrində çıxış edir. Onlardan “Arazın səsi” qəzetində çap olunan “Əlincə babama Əlincəçaydan yazıram”, “Əlincə babama ilk məktubum” və sair məqalələrini göstərmək olar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg