• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün789
mod_vvisit_counterDünən1573
mod_vvisit_counterBu həftə8937
mod_vvisit_counterBu ay30343
mod_vvisit_counterÜmumi2971154

Tarix: 18 Yan., 2025

Bu günün gəncləri sabahın qurucularıdır

Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir. Bu gün gələcəyimiz olan yeniyetmələrin hərtərəfli inkişafı, beynəlxalq aləmə inteqrasiyası vacib məsələlərdən biridir. Məktəbi bitirib müstəqil həyata, öz taleyini müəyyən edəcək yeni və vacib bir mərhələyə qədəm qoyan hər bir yeniyetmənin fəal və cəsarətli olmaq, əldə etdiyi bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq hədəfidir. Bunun üçün hər bir məktəbi bitirən gənc seçəcəyi peşədən asılı olmayaraq, dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, Azərbaycanın daha da inkişaf etməsinə və güclənməsinə çalışmalıdır.

Bu gün muxtar respublikada bu həqiqətdir ki, dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir, savadlı və müasir düşüncəli gəncliyin yetişməsi əsas hədəf seçilir. Hər il yeni məktəb binaları tikilir, müasir standartlara cavab verən avadanlıqlarla zənginləşdirilir, məktəblərin infrastrukturu yenilənir. Bütün bunlar isə imkan verir ki, muxtar respublikada təhsilalanlar və təhsilverənlər rahat şəkildə öz bilik və bacarıqlarını inkişaf etdirsin. Son illər muxtar respublikada həyata keçirilən uğurlu təhsil siyasəti hər il buraxılış və qəbul imtahanlarında məktəblilərimizin ildən-ilə artan uğurlarında da özünü biruzə verir. Sevindirici haldır ki, bu il də Naxçıvan məktəbliləri buraxılış və qəbul imtahanlarındakı öz yüksək nəticələri ilə muxtar respublikamızın adını birinci sıralarda saxlayıblar. Belə məktəblilərimizdən İlham Hüseynquliyevi artıq çoxunuz tanıyırsız. Onun adını da, səsini də buraxılış imtahanlarında “Ölkə birincisi” uğuru ilə eşitmişik. Həmin günlərdə hamı ondan danışırdı. Buraxılış imtahanlarında 291.8 balla ölkə birincisi olan məktəblimiz həm də ali təhsil müəssisələrinə qəbul imtahanında 400 bal toplayaraq respublika üzrə ən yüksək qəbul nəticəsi göstərənlərdən oldu.

İlham Hüseynquliyev hələ kiçik yaşlarından dəqiq elmlərə maraq göstərmiş, öz fəallığı, biliyi ilə hər zaman seçilmiş, yüksək tədris nailiyyətləri və nümunəvi davranışı ilə fərqləndiyinə görə dəfələrlə məktəb direktoru tərəfindən diplom və fəxri fərmanlarla təltif edilmişdir. İlham 2019-2020-ci tədris ilində keçirilən sınaq imtahanlarında 600-700 arası nəticə göstərmiş, eyni zamanda Naxçıvan Şəhər Gənclər və İdman İdarədsinin keçirdiyi məktəblərarası “Nə? Harada? Nə zaman?” intellektual oyununda iki dəfə komanda ilə iştirak edərək I və II yerə layiq görülmüşdür. O, 2018-2019-cu tədris ilində muxtar respublika fənn olimpiadasında Fizika fənni üzrə I, 2019-2020-ci tədris ilində isə eyni fənn üzrə II yeri qazanmışdır. İlham həmçinin rus və ingilis dillərində də səlis danışa bilir. O sadəcə bilik yarışlarında məharətli deyil. Musiqiyə, incəsənətə böyük marağı olan zəkalı məktəblimizin Origami (kağızla qatlama) sənəti üzrə Naxçıvanda, Türkiyədə və Kiyevdə sərgiləri olmuşdur. Qarşıdan gələn ixtisas seçimində yaxşı kimyaçı alim olmağı qarşısına məqsəd qoyan İlhamı qarşıda hələ üzünə geniş üfüqlərin açılacağı yeni hədəflər gözləyir

Qeyd edək ki, Hüseynquliyev İlham Əlövsət oğlu 2003-cü il oktyabrın 11-də Ukraynanın Kiyev şəhərində anadan olub. 2009-cu ildə həmin şəhərdə məktəbin 1-ci sinfinə daxil olub, 7-ci və 8-ci sinif təhsilini Türkiyə Respublikasının İzmir şəhərində davam etdirib. 2017-ci ildən isə təhsilini Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə alıb.

Ali məktəblərə qəbul səviyyəsinə görə muxtar respublika birincisi olan məktəblimizi təbrik edir, sonrakı təhsilində və fəaliyyətində yeni nailiyyətlər arzu edirik.

Əminik ki, İlham ali təhsilini də yüksək nəticələrlə tamamlayacaq, verdiyi bütün qərarların, atdığı hər bir addımın əsasını xoş niyyət, xeyirxahlıq və ədalət təşkil edəcəkdir.

Yeniyetmələrin düzgün yola istiqamətləndirilməsi, gəncliyə xüsusi diqqət və qayğı göstərilməsi muxtar respublikamızın sürətli inkişafına çox böyük təsir göstərir. Çünki muxtar respublikanın parlaq gələcəyini qurmaq məhz savadlı və bilikli, məktəb təməli möhkəm qurulan gəncliyin üzərinə düşür. Bu gün muxtar respublikada böyüməkdə olan savadlı, cəsur və vətənpərvər yeniyetmələr daha gözəl bir gələcəyə doğru parlaq addımlarla irəliləyir.

Unutmamalıyıq ki, bugünkü gənclər sabahın  qurucularıdır.  Naxçıvanın gəncliyi Naxçıvanın gələcəyidir!

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg