• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün367
mod_vvisit_counterDünən1386
mod_vvisit_counterBu həftə12285
mod_vvisit_counterBu ay43348
mod_vvisit_counterÜmumi2510613

Tarix: 27 Apr., 2024

“Özülü düzgün atılmış “bu gün” gələcəyin qarantıdır” mövzusunda maarifləndirici söhbətlər aparılır

Bu gündən etibarən Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində ümumi və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə və ali məktəblərə sənəd verərək qəbul imtahanlarında müvafiq keçid balını toplamış və ixtisas seçimində iştirak etmək hüququ qazanmış abituriyentlərin valideynlərinin iştirakı ilə “Özülü düzgün atılmış “bu gün” gələcəyin qarantıdır” mövzusunda maarifləndirici söhbətlər aparılır.

Maarifləndirici söhbətlərin aparılmasında məqsəd ümumi və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə və ali məktəblərə sənəd verərək qəbul imtahanlarında müvafiq keçid balını toplamış və ixtisas seçimində iştirak etmək hüququ qazanmış abituriyentləri ixtisas seçimi ilə bağlı maarifləndirmək, uğurlu seçim etmələri üçün düzgün istiqamətləndirməkdən ibarətdir.

Maarifləndirici xarakter daşıyan söhbətlərdə qeyd olunub ki, ölkəmizin gələcəyi üçün mütəxəssis hazırlığının əsasını ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu işi təşkil edir. Tələbə qəbulunun xüsusi əhəmiyyət kəsb edən mərhələlərindən biri isə ixtisas seçimi ilə bağlıdır. Təcrübə göstərir ki, bu mərhələdə abituriyentlərin məsləhət və tövsiyələrə ciddi ehtiyacları yaranır. Gənclərin gələcəkdə mütəxəssis kimi uğurları, arzu və istəklərinin reallaşması məhz ixtisas seçimi mərhələsində kifayət qədər düşünülmüş qərar qəbul etmələrindən asılı olur. Onlar hərtərəfli düşünülərək seçilmiş ixtisasla öz gələcək karyeralarının əsasını qoymuş olurlar. Buna görə də, abituriyentlər ixtisas seçərkən əsas meyar kimi həvəsində olduğu ixtisası seçməlidir ki, bu da gələcəkdə onların sahib olduğu peşəni layiqincə yerinə yetirməsinə səbəb olur. Vətənə ən yaxşı xidmətin yolu da sahib olduğumuz işi layiqincə yerinə yetirməkdən keçir. Vurğulanıb ki, bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinə əsasən gənclərin özlərini yüksək səviyyədə inkişaf etdirmələri üçün dövlət tərəfindən yüksək şərait yaradılıb və bildirilib ki, öz gələcəyini və ölkəmizin gələcəyini düşünən hər bir gənc bu imkanlardan maksimum yararlanmalıdır. Bir sözlə, qədim diyarımızdakı müasir ümumtəhsil məktəblərində orta təhsillərini başa vurub ali və orta ixtisas təhsili müəssisələrinin tələbəsi adını qazananlar gələcəyin əsl mütəxəssisi kimi yetişirlər.

Keçirilən tədbirlərdə “Doğru ixtisas seçimi: ixtisas və siz”, “Doğru, sürətli və etibarlı qərarlar qəbul etmə bacarığı” və “Valideyn abituriyentə necə dəstək verməlidir” mövzularında məruzələr dinlənilib və sonda valideynlərə övladlarının ixtisas seçimində düzgün qərar vermələri ilə bağlı məsləhətlər verilib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg