Bu gün Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində “15 Sentyabr-Bilik Günü” münasibətilə oğlanlar və qızlar arasında şahmat yarışı keçilmişdir.
Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Yarışda 22 şahmatçı iştirak etmişdir. İsveçrə sistemi üzrə 5 turdan ibarət keçirilən yarışın yekun nəticələrinə əsasən oğlanlar arasında I yerə Sadiq Abbasov, II yerə Əjdər Əhmədov, III yerə Kamil Məmmədov, qızlar arasında isə I yerə Aysun Babayeva, II yerə Şənay Mikayılova, III yerə isə Mirvari Əhmədova layiq görülmüşdür.
Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti