• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün484
mod_vvisit_counterDünən699
mod_vvisit_counterBu həftə3663
mod_vvisit_counterBu ay32041
mod_vvisit_counterÜmumi2462530

Tarix: 28 Mart, 2024

Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilmişdir

Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransda muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində 10 ümumtəhsil məktəbi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmiş, Heydər Əiyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Şərur Rayon Uşaq Gənclər Yaradıcılıq, Texniki yaradıcılıq və Turzim-Diyarşünaslıq mərkəzlərində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər yaradılmışdır. Hazırda da bu sahədə işlər davam etdirilir.

Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış,2019-2020-ci tədris ilində 4 müəllim Azərbaycan Respublikasının “Əməkdar müəllimi”, 6 müəllim Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” adına layiq görülmüş, 4 müəllim və 1dövlət qulluqçusu isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Bununla yanaşı Ali Məclis Sədrinin 9 iyul 2020-cu il tarixli sərəncamı iləistedadı ilə seçilən şagirdlərdən 2-nin adı Naxçıvan Muxtar Respublikasının Qızıl kitabına yazılmış, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Təhsil naziri qeyd etmişdir ki, ötən tədris ilində yaradılan şəraitdən səmərəli istifadə  olunması diqqətdə saxlanılmış, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər, konfranslar təşkil edilmiş, müəllimlərin işə qəbulu prosesində şəffaflıq və obyektivlik təmin edilmişdir.

Bunlarla yanaşı tədrisin keyfiyyətinin artırılması, qabaqcıl təcrübənin öyrənilməsi, müəllimlərin müasir təlim üsulları və informasiya texnologiyalarından istifadə bacarıqlarının, peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yeni işə qəbul edilmiş gənc müəllimlər, məktəb psixoloqları, müxtəlif ixtisas müəllimləri ilə seminarlar, elmi-praktik konfranslar və müşavirələr keçirilmişdir.

Bu gün muxtar respublikanın təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti, mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmiş, əvvəlki illərdə olduğu kimi 2019-2020-ci tədris ilində də şagirdlər müxtəlif səviyyəli bilik yarışlarında, buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda uğurlu nəticələr qazanmışdır. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 17-si qızıl, 17-si gümüş nişana, 34-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 52-si fərqlənmə attestatına layiq görülmüşdür. Muxtar respublika üzrə şagirdlərimizdən 4-ü I, 7-si II, 13-ü isə III yer olmaqla ümumilikdə 24-ü Respublika fənn olimpiadasının qalibi olmuşdur.Məzunlarımızın buraxılış imtahanlarındakı nəticələri ötən illə müqayisədə xeyli artmışdır. Belə ki, 100-300 bal arası nəticə göstərən məzunların sayı 1490 nəfər olmuşdur ki, bu da ötən ildəki göstəricidən 10 faiz, yaxud 130 nəfər çox olmuşdur. Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1437-si, yaxud 62 faizi 200 baldan yuxarı nəticə göstərmişdir ki, onlardan da 275-i 500-dən yuxarı bal toplamışdır. Ötən il ali məktəblərə qəbulda muxtar respublikanın 100 məktəbinin məzunları 500-700 arası nəticə göstərmişdirsə, cari tədris ilində bu nəticəni göstərən məktəblərin sayı 10 faiz artaraq 110 olmuşdur.

Təhsil naziriümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışaraq bildirmişdir ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən məktəblər də vardır.

Bildirilmişdir ki, 2020-2021-ci tədris ilində mövcud nöqsanlar qısa müddətdə aradan qaldırılmalı, dərs bölgüsünün aparılması zamanı varislik prinsipi gözlənilməli, tədris ili ərzində məktəb rəhbərləri tərəfindən tələb olunan sayda dərs dinləmələri aparılmalı, açıq və nümunəvi dərslər, fənlər üzrə müzakirələr təşkil edilməli, müəllimlərə metodiki köməklik göstərilməli, sinif komplektləri mövcud qanunvericiliyə uyğun olaraq formalaşdırılmalıdır. Dərslərdə əyani vəsaitlərdən, elektron lövhə, kompüter və laboratoriyaların imkanlarından səmərəli istifadə olunmalıdır. Gənc müəllimlərlə aparılan işin keyfiyyəti artırılmalı, metodiki kabinetlərin fəaliyyəti gücləndirilməli, şagirdlərin məktəbəhazırlıq qruplarına və I siniflərə qəbulu zamanı mövcud təlimatı qaydalara əməl edilməlidir.

Məruzə ətrafında müzakirələr­­­ aparılmış, Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılovun, Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədovun, Heydər Əliyev adına tam orta məktəbin direktoru Elmira Həsənovanın, Ekoloji Tərbiyə Mərkəzinin direktoru Rasim Rüstəmovun, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Rəfail Abdullayevin, Naxçıvan Qızlar Liseyinin gənc müəllimi Zeynəb Mustafazadənin və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin direktoru Məhərrəm İsmayılovun çıxışları dinlənilmiş, konfransın qərarı qəbul edilmişdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin Mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg