• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün696
mod_vvisit_counterDünən1359
mod_vvisit_counterBu həftə4978
mod_vvisit_counterBu ay12591
mod_vvisit_counterÜmumi2529407

Tarix: 11 May, 2024

Məktəblilər arasında Əyləncəli idman oyunları davam edir

Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirlikləri və Atletika Federasiyasının təşkilatçılığı ilə məktəblilər arasında əyləncəli idman oyunları üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Oyunları keçirməkdə məqsəd bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyinin, məktəblilərin fiziki sağlamlığının və idman vərdişlərinin artırılması, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, onlar arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsi, onlara vətənpərvərlik hissinin aşılanması və məktəblilərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.

Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən oyunlarda 6 komanda iştirak edib və komandaların tərkibi 5 idmançıdan, bir idman müəllimindən ibarət olub. Qaydalara əsasən məktəblilər əyləncəli idman oyunları olan “Tops-1”, “Meqa” və “Cəngavərlər döyüşü” mərhələlərində mübarizə aparıblar.

Oyunların yekun nəticəsinə əsasən daha çox bal toplayan Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Polad” komandası qalib adını qazanıb. 16 nömrəli tam orta məktəbin “Zirvə” komandası ikinci, Heydər Əliyev adına tam orta məktəbin “Qələbə” komandası isə üçüncü olub.
Mükafatlandırma mərasimindən öncə çıxış edən Təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, muxtar respublikamızda bütün sahələrdə olduğu kimi təhsil, eləcə də idmanın inkişafı sahəsində də mühüm işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən müddət ərzində 200-dən çox müasir tipli, hər cür maddi-texniki bazaya malik, informasiya kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəb binaları tikilmiş və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmişdir. Bu məktəblərdə ən müasir tələblərə cavab verən idman zalları və bütün məktəblərdə açıq idman qurğuları yaradılmışdır.

Muxtar respublikada idmanın kütləviliyinin artırılması, bu sahə üzrə istedadlı uşaq və gənclərin aşkar edilməsi, onların qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində işin keyfiyyətinin yüksəldilməsi diqqətdə saxlanmışdır. Bu məqsədlə Təhsil Nazirliyi ötən illərdə olduğu kimi, 2019-cu ildə də muxtar respublikamızda fəaliyyət göstərən federasiyalar ilə birgə müxtəlif kütləvi yarışlar keçirmişdir. Təhsil müəssisələrində müxtəlif idman və şahmat yarışları keçirməklə istedadlı şagirdlərin üzə çıxarılmasına nail olunmuş, həmin  uşaqlar müvafiq  idman dərnəklərinə cəlb edilmişlər. Muxtar respublikamızda idmanın  inkişafı istiqamətində yaradılan əlverişli şəraitin nəticəsidir ki, şagirdlərimiz beynəlxalq və respublika səviyyəli yarışlarda iştirak edərək layiqli yerlər tutmuşdur.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında qeyd edib ki, artıq diyarımızda bədən tərbiyəsi və idmanla məşğul olmaq gündəlik həyat tərzinə çevrilib. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində bu gün Naxçıvanda idman ən yüksək səviyyədə inkişaf etməkdədir. “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirələrdə və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Pro­qramı”nda bu sahənin inkişafı ilə bağlı qarşısına konkret məqsədlər qoyulub. Gənclər və İdman Nazirliyi aidiyyəti qurumlarla birgə əhalidə sağlam həyat tərzinin formalaşdırılması, istedadlı idmançıların üzə çıxarılması, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması məqsədilə bir çox ənənəvi və yeni idman tədbirləri həyata keçirir.

Çıxış edənlər qalib komandaları və idmançıları təbrik edib, yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sonra gərgin və maraqlı keçən oyunda qalib olan komanda təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, Əyləncəli idman oyunları mərhələli formada Naxçıvan Muxtar Respublikasının rayonlarında da mövcud olan müvafiq idman stadionlarında keçiriləcəkdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg