11 sentyabr 2020-ci il tarixdə Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Təhsil nazirinin müvafiq əmrinin icrasını təmin etmək məqəsidlə Sədərək rayon ümumtəhsil məktəblərinin təhsil işçiləri ilə onlayn metodiki bölmə iclası keçirilib.
Keçirilən metodiki bölmə iclasında Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçılar, bütün fənlər üzrə fənn metodbirləşmə rəhbərləri, kitabxana müdirləri, kitabxanaçılar, praktik məktəb psixoloqları və uşaq birliyi təşkilatı rəhbərləri iştirak ediblər.
Bölmə iclasları təhsilin bütün sahələrini əhatə etmiş və 2020-2021-ci dərs ilinin tədris planlarında qeyd olunan dəyişikliklər nəzərə alınmaqla aidiyyatı üzrə göstərilən məsələlərin müzakirəsi nəzərə çatdırılmışdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti