Şərur Rayon Texniki Peşə və Sürücülük məktəbində rayon ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərlə onlayn marifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi olub.
Tədbirdə çıxış edən məktəbin direktoru Vəfadar Ələkbərov şagirdlərə məktəbin fəaliyyəti və orada yaradılan şərait, məktəbdə tədris olunan kurslar, onların əhəmiyyəti, peşə təhsili müəssisələrində əmək bazarının tələblərinə və dövlət proqramlarına uyğun ixtisaslı kadrların hazırlanması ilə bağlı geniş məlumat verib.
Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti