Şahbuz Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında “15 sentyabr-Bilik Günü” münasibətilə bilik yarışı keçirilib.
Keçirilən müsabiqədə Şahbuz Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin əməkdaşları və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.
Bilik yarışında çıxış edən mərkəzin direktoru keçirilən yarış haqqında ətraflı məlumat verərək yarışı açıq elan etmiş və şagirdlərə uğurlar arzulamışdır.
Təşkil olunan yarışda mərkəzin dərnək rəhbərləri şagirdlərə elmin müxtəlif sahələri üzrə suallar təqdim ediblər.
Maraqlı keçən yarışın yekun nəticələrinə əsasən I yerə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Nilay Cəfərli, II yerə Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Rəvan Orucov, III yerə Külüs kənd tam orta məktəbin şagirdi Emil Məmmədov layiq görülüb.
Yarişın sonunda qaliblər təşkilatçıların diplomları ilə təltif olunublar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti