Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbəsində yerləşən mini stadionda “Həmişə sağlam olaq” devizi altında mini futbol üzrə rayon birinciliyi keçirilib.
Yarışın açılış mərasimində çıxış edən Təhsil Şöbəsinin əməkdaşı Yunis Ələkbərov birinciliyin məqsədinin uşaq və yeniyetmələr arasında futbolun kütləviliyinin artırılması və onlar arasında futbola marağın yüksəldilməsi olduğunu bildirib.
Sonra mini futbol yarışına start verilib. Keçirilən yarışda 4 komanda iştirak edib. Yarışın yekun nəticələrinə əsasən, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin komandası I, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin komandası II, Qıvraq qəsəbə tam orta məktəbinin komandası III, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin komandası isə həvəsləndirici yerə layiq görülüb.
Yarışın sonunda yer tutan komandalar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti