• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün229
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5318
mod_vvisit_counterBu ay32943
mod_vvisit_counterÜmumi2463432

Tarix: 29 Mart, 2024

Hərbi lisey yeni tədris ilinə uğurla başlayıb

Muxtar respublikamızın digər təhsil ocaqları kimi, Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin də fəaliyyəti daim diqqət mərkəzində saxlanılır, tədrisin günün tələbləri səviyyəsində təşkili, kursantların hərbi biliklərə dərindən yiyələnməsi üçün hər cür şərait yaradılır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, məktəbin tədris və yataqxana korpusları ən yeni avadanlıqlarla təchiz olunub. Yaradılan müasir tədris şəraiti, istifadəyə verilən əyani vəsaitlər istər hərbi, istərsə də elmi biliklərin dərindən mənimsənilməsinə və təcrübə əsasında möhkəmləndirilməsinə geniş imkanlar açır. Görülən işlər nəticəsində hərbi liseyə qəbul olunmaq üçün müraciət edənlərin sayı da ilbəil artır. Liseydə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alırlar. Dərs ili ərzində kursantların fiziki və mənəvi-psixoloji hazırlığı diqqətdə saxlanılır, onlar il ərzində keçirilən beynəlxalq, ölkə və muxtar respublika səviyyəli idman yarışlarında iştirak edərək layiqli yerlər tuturlar. Aldıqları mükəmməl təhsil və tərbiyəni gələcək fəaliyyəti dövründə də uğurla tətbiq edən kursantlar Azərbaycan Silahlı Qüvvələrinin sıralarında da nümunəvi xidmətləri ilə seçilirlər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin də 15 sentyabr – Bilik Günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışı zamanı vurğuladığı kimi, 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 338 kursant təhsil alır. Hərbi liseyin pedaqoji kollektivinin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, ötən illər ərzində hərbi liseyi 3 min 200-dən çox kursant bitirərək müxtəlif ali hərbi məktəblərə daxil olub. Bu il isə hərbi liseyi bitirən məzunlardan 145-i Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 28-i Türkiyə Respublikasının, 9-u Rusiya Federasiyasının ali hərbi məktəblərinə daxil olub.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayan kursantların hər birinə tədris vəsaitləri ilə tam komplektləşdirilmiş çantalar hədiyyə edilib.

Böyük qürur hissi ilə demək olar ki, Heydər Əliyev adına Hərbi Lisey ötən tədris illərində olduğu kimi, cari tədris dövründə də ulu öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi milli ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda səmərəli fəaliyyət göstərəcək, liseyin zabit-müəllim heyəti, kursant və məzunları yaradılmış şəraitdən səmərəli istifadə edərək bu şərəfli adı doğrultmağa çalışacaq.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg