Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2020-2021-ci tədris ilinə dair görüləcək işlərlə bağlı onlayn bölmə iclası keçirilmişdir.
Bölmə iclasında Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev, Metodkabinetin müdiri Kamran Cəfərov çıxış edərək məktəb rəhbərliyinin vəzifə funksiyaları, təlim metodları və təlimə aid yenilikləri, dərsdə şagirdlərin meyl, maraq və qabiliyyətlərinin, tədris zamanı milli xüsusiyyətlərinin nəzərə alınması, yeni nəşr olunmuş dərslik və metodiki vəsaitlərin müzakirəsi, açıq dərslərin təşkili və keçirilməsi, sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili, sinif rəhbərlərinin, fənnmetodbirləşmə işlərinin aparılması və məktəbdə fənn olimpiadalarına hazırlıq mərkəzlərinin yaradılması haqqında iclas iştirakçılarına ətraflı məlumat vermişlər.
Müzakirə zamanı yaranan suallar cavablandırılmışdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti