• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün716
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə4901
mod_vvisit_counterBu ay37233
mod_vvisit_counterÜmumi2504498

Tarix: 25 Apr., 2024

“Şahmat dərsləri” elektron tədris vəsaiti ümumtəhsil müəssisələrində şahmatın tədrisinə öz töhfəsini verəcəkdir

Muxtar respublikada məktəblilərin əqli və məntiqi düşüncə qabiliyyətinin formalaşmasında xüsusi əhəmiyyəti olan şahmatın kütləviliyinin artırılmasına və bu sahənin inkişafına yüksək qayğı göstərilir. Şahmatın maddi-texniki bazası möhkəmləndirilir, məktəblərdə şahmat fənninin tədrisi diqqətdə saxlanılır. Muxtar respublikada şahmatın kütləviləşməsi, uşaq və gənclərin şahmata marağının artırılması və bu istiqamətdə inkişaf etmələri yönündə mühüm addımlar atılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin şahmata olan diqqəti nəticəsində 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yaradılması ilə muxtar respublikada şahmata baxış tərzi dəyişmiş, Federasiyanın düzgün seçilmiş inkişaf strategiyası nəticəsində uşaqların bu idman növünə marağı artmış, yeni gənc istedadların axtarışı yönümündə zəruri işlər görülmüşdür.

Bu gün muxtar respublikada fəaliyyət göstərən şahmat məktəblərində məktəblilər arasında, müxtəlif kateqoriyalar üzrə şəhər və rayon birincilikləri ilə yanaşı, muxtar respublika ərazisində mütəmadi olaraq tempo yarışları, müxtəlif beynəlxalq yarışlar keçirilir, Naxçıvan şahmat üzrə ölkə və beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir. Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində yeni şahmat məktəblərinin tikilib istifadəyə verilməsi, məktəblərdə şahmat siniflərinin lazımi avadanlıqlarla təchiz olunması, şahmatın tədrisi üçün dərsliklərin çap olunması və eləcə də, müəllimlərin bilik və bacarıqlarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada böyüməkdə olan gənc şahmatçılar müxtəlif səviyyəli yarışlarda layiqli yerlər tutur.

Bunlarla yanaşı şahmatı tədris edən müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, təhsil müəssisələrinin bacarıqlı və bilikli müəllimlərlə təmin olunması diqqətdə saxlanılmış, ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən sertifikasiya imtahanlarında uğurlu nəticə göstərən 505 müəllimin ümumtəhsil məktəblərində şahmat fənnini tədris etməsinə icazə hüququ verən sertifikat verilmişdir.

Muxtar respublikada şahmatın inkişafında böyük rol oynayan Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlara olan ehtiyacının qarşılanmasında yaxından köməklik göstərir. Ötən müddət ərzində şahmatın yüksək səviyyədə tədrisini təmin etmək üçün Federasiya tərəfindən şahmatın əsaslarının şagirdlərə öyrədilməsində müəllimlərə yaxın köməkçi olan “Pillə-pillə” kitabı və şagirdlərin şahmata olan marağını və artan tələbatı nəzərə alaraq dərslik kimi nəzərdə tutulan “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabları nəşr olunaraq ümumtəhsil məktəblərinə verilmişdir. Şahmat Federasiyası tərəfindən ümumtəhsil və şahmat məktəblərinə hədiyyə olunan kitablar mövcud qaydalara uyğun şəkildə məktəblərin fonduna daxil edilmiş və səmərəli istifadəsi Təhsil Nazirliyi tərəfindən diqqətdə saxlanılmışdır.

Bu yaxınlarda isə Federasiya tərəfindən Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində tədris etmək üçün “Şahmat dərsləri” adlı elektron dərslik hazırlanaraq məktəblərə təqdim edilmişdir. Elektron dərslikdə  şahmatın sirlərini öyrədən 32 dərs yerləşdirilib ki, bu da şahmatın tədrisini və izahını daha da asanlaşdırır. Şahmatın sirlərindən və əsaslarından ibarət olan elektron dərslik şahmatın tədrisində həm müəllimlər, həm də şagirdlər üçün dəyərli mənbə olmaqla, bu fənnin tədrisi səviyyəsinin yüksəldilməsinə və kütləviliyin əldə olunmasına müsbət təsir göstərəcəkdir.

Bu gün muxtar respublika məktəblərində elektron lövhəli siniflərin, kompüter siniflərinin fasiləsiz internetlə təmin olunması imkan verir ki, şahmatın tədrisi üçün nəzərdə tutulmuş elektron dərsliklərdən rahat istifadə etməklə həm müəllimlər, həm də şagirdlər öz bilik və bacarıqlarını inkişaf etdirə bilsin.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg