• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün585
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə5694
mod_vvisit_counterBu ay19462
mod_vvisit_counterÜmumi2536278

Tarix: 17 May, 2024

Məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş nişanların təqdimatı keçirilmişdir

Muxtar respublikanın təhsil sahəsində hər ötən il əldə olunan uğurların daha da artması sevindirici haldır. Başa vurduğumuz 2019-2020-ci tədris ili də bir sıra nailiyyətləri ilə tarixə yazıldı, istər qəbul nəticələrinə görə, istərsə də il ərzində keçirilən müxtəlif səviyyəli müsabiqə və yarışlarda şagirdlərimizin qazandıqları uğurlarına görə yaddaqalan oldu. Bu gün isə ötən tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuraraq qızıl və gümüş medala layiq görülən məzunlara medalları təqdim olunub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş nişanlarla təltif olunan məzunları təbrik edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışıb.

Bildirilib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bunun nəticəsidir ki, ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi istifadəyə verilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunmuşdur.  Bu gün muxtar respublikada yenidənqurulan məktəblərin demək olar ki, hamısında bərabər tədris imkanları yaradılıb, bütün məktəblərdə müasir sinif otaqları, laboratoriyalar, fasiləsiz internetlə təmin olunmuş kompüter, eləcə də elektron lövhəli sinif otaqları, şahmat otaqları şagird və müəllimlərin ixtiyarına verilib.

Həmçinin bildirilmişdir ki, ötən tədris ilində muxtar respublika məktəbliləri bir sıra müxtəlif müsabiqə və bilik yarışlarında, eləcə də Muxtar respublika və Respublika fənn olimpiadalarında iştirak edərək uğurlu nəticələr əldə etmiş, Respublika fənn olimpiadalarında  iştirak edən məktəblilərimizdən 4-ü I, 7-si II, 13-ü isə III yer olmaqla ümumilikdə 24-ü medala layiq görülmüşdür.

Muxtar respublikada elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması da diqqətdə saxlanılmışdır. Bunun nəticəsidir ki, muxtar respublikada təhsil sahəsində uğurlar ilbəil yaxşılaşır. 2019-2020-ci tədris ili də uğurlu olmuş, məzunlardan 275-i 500-700 arası bal toplamışdır. Muxtar respublika ali təhsil müəssisələrində yaradılan müasir tədris şəraitinin nəticəsidir ki, 500-700 arası nəticə göstərən məzunlardan 145-i, yaxud 53 faizi muxtar respublika ali təhsil müəssisələrinə qəbul olmuşdur.

Vurğulanmışdır ki, mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə nümunəvi davranışı ilə yanaşı, təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər qızıl və ya gümüş nişanlarla təltif olunur, onların adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu ildə muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 17-si qızıl və 17-si  gümüş nişana, 34-ü isə fərqlənmə attestatına layiq görülüb.

Təhsil naziri qeyd etmişdir ki, ölkə üzrə qızıl nişan alanların 14 faizi, gümüş nişan alanların isə 22 faizi muxtar respublika ümumtəhsil müəssisələrinin məzunları olmuşdur. Həmin məzunlar onlara göstərilən etimadı doğrultmuş, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında qızıl nişana layiq görülən məzunların hamısı 600-dən yuxarı, gümüş nişana layiq görülən məzunlar isə 500-700 arası bal toplamışlar. Qızıl və gümüş nişanlara layiq görülmüş məzunlar tədris müddəti keçirilmiş fənn olimpiadalarında da yüksək nəticələr əldə etmiş qızıl nişana layiq görülən şagirdlərdən 5-i, gümüş nişana layiq görülənlərdən isə 2-si respublika fənn olimpiadasının qalibi olmuşdular.

Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov yaradılan yüksək təhsil şəraitindən, təhsil işçilərinə, xüsusən də gənclərə göstərilən diqqət və qayğıdan danışaraq qeyd etmişdir ki, bu tədris ilində Naxçıvan şəhər  ümumtəhsil məktəblərini 584 məzun bitirmiş, onların 504-ü ali məktəblərə, 60 nəfəri isə orta ixtisas təhsil müəssisələrinə qəbul üçün sənəd vermişdir. Məzunlardan 68-i 500-700 intervalında bal toplamış,  2-si Respublika fənn olimpiadasının qalibi olmuş, 4 nəfər “Qızıl”, 4-ü isə “Gümüş” medala, 11 nəfər isə tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülmüşlər. Bildirilmişdir ki, uğur qazanan məzunların hamısı ixtisas seçimində iştirak etmiş və müvafiq ali məktəblərə qəbul olunmuşdur.

Təqdimat mərasimində Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin məzunu, qəbul imtahanlarında 672 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olan, qızıl nişana layiq görülən Nəriman Həsənov çıxış edərək ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuraraq qızıl və gümüş nişanlarla təltif olunan məzunların yüksək uğurlar qazanmalarında muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir təhsil infrastrukturunun böyük rol oynadığını qeyd etmiş və yaradılan bu şəraitə görə məzunlar adından Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədrinə   minnətdarlıq bildirmişdir.

Sonra Naxçıvan Muxtar Respublikasının Təhsil naziri ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara nişanları təqdim etdi.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg