Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi Beynəlxalq Sülh Günü münasibətilə 26 sentyabr 2020-ci il tarixdə “Biz sülh istəyirik” mövzusunda rəsm müsabiqəsi təşkil etdi. Öncə dərnək üzvlərinə Beynəlxalq Sülh Günü ilə bağlı məlumat verilib. Bildirilib ki, sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürür. Bu gün dünyada yaşından, irqindən, milliyətindən, dinindən asılı olmayaraq bütün insanlar sülh şəraitində yaşamaq istəyir.
Müsabiqədə mərkəzin dərnək üzvləri iştirak edib. Çəkilən rəsmlərdə uşaqlar sülh arzularını nümayiş etdiriblər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi