Bu gün Kəngərli Rayon Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarış 12 yaşadək oğlan və qız şahmatçılar arasında təşkil edilib.
5 turdan ibarət olan və “İsveçrə” sistemi ilə keçirilən yarışın qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib.
Birincilikdə rayonun ümumtəhsil məktəblərindən 36 şagirdin iştirakı təmin edilib. Oğlan şahmatçılar arasında Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Mustafa Bəylərov I yerə, Qabıllı kənd tam orta məktəbinin şagirdi Uğur Əsgərov II yerə, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Həsən Hüseynli isə III yerə layiq görülüb. Qız şahmatçılar arasında isə Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Sara Rzayeva I yerə, həmin məktəbin şagirdi Məhcəbin Rzalı II yerə, Mədinə Rzayeva isə III yerə layiq görülüb.
Şahmat yarışının qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi