25 sentyabr 2020-ci il tarixdə Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində məktəbli qızlar və oğlanlar arasında şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa rayon bölməsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Yarışda 28 şahmatçı iştirak etmişdir. 5 turdan sonra yarışın nəticələrinə görə oğlanlar arasında I yerə Turan Nağıyev, II yerə Kamil Məmmədov, III yerə Əjdər Əhmədov, qızlar arasında isə I yerə Şənay Mikayılova, II yer Aysun Babayeva, III yerə isə Nurşən Zeynallı layiq görülmüşdür.
Qaliblər təşkilatçılar tərəfindən diplom ilə təltif olunmuşdur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi