25 sentyabr 2020-ci il tarixdə Ordubad Rayon Texniki Peşə və Sürücülük Məktəbində Ordubad rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi, vətənpərvərlik, vətənə məhəbbət hislərinin aşılanması və istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə “Tariximizi öyrənək” devizi altında açıq havada rəsm müsabiqəsi keçirilmişdir.
Ordubad Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qaliblər çəkilən rəsmlərin tarixi mövzu əhatəliyinə, idea, görünüş və rənglərdən düzgün istifadə qabiliyyətinə əsasən münsiflər tərəfindən seçildi.
Müsabiqə qaliblərə təşkilatçıların diplomlarının verilməsi ilə yekunlaşmışdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi