• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün161
mod_vvisit_counterDünən1573
mod_vvisit_counterBu həftə10224
mod_vvisit_counterBu ay29715
mod_vvisit_counterÜmumi2970526

Tarix: 18 Yan., 2025

Qarabağ Azərbaycandır!

Tariximizə nəzər salsaq görərik ki, elə bir dövr yoxdur ki, orada xalqımız erməni vəhşiliklərilə, təxribatlarla, dinc əhaliyə qarşı olan qətllərlə qarşılaşmasın. Tarix boyu bu belə olub və davam etməkdədir. Gücü daim dinc əhaliyə, silahsız insanlara çatan ermənilər sentyabr ayının 27-si səhər saatlarında mövqelərimizə atəş açaraq sükutu pozmuşdular, lakin həmişə olduğu kimi düşmən, milli ordumuz tərəfindən cavab atəşilə susdurulmuşdur. Bu neçə illərdir ki, xalqımıza qarşı olan təxribat xarakterli hərəkətlərdir.

Neçə illərdir ki, bu ədalətsizlik dövlətimiz tərəfindən qınanılır və pislənirdi. Hər zaman dövlət rəhbərimizin yanında sıx birləşən xalqımız Ali Baş Komandanımızın əmrini səbirsizliklə gözləyirdi. Və o möhtəşəm  gün yetişdi. Xalqımız bir yumruq altında birləşərək dövlətimizin nə qədər güclü olduğunu bir daha dünyaya bəyan etdi. Dövlət başçımızın ordumuza olan diqqət və qayğısını  xüsusi vurğulamaq lazımdır. O hər zaman Azərbaycan ordusunun bu gün nə qədər güclü və qüdrətli olduğunu dəfələrlə çıxışlarında bəyan etmişdi. Dövlət başçısı  hər zaman ordumuza güvənir və inanırdı. Bu belə də oldu, milli ordumuzun gücü, qüdrəti və şücaəti nəticəsində qısa bir zamanda 30 ildir ki, düşmən əsarətində olan torpaqlarımızın bir qismi qaytarıldı. Şanlı ordumuz düşmənə aman verməyərək düşməni çoxlu itkilərə məruz qoymaqdadır. Şəhid qardaşlarının qisasını almaqdadır. Düşmənə göz dağı verən ordumuzun mərd oğulları üçrəngli bayrağımızı ən uca silsilədə sancaraq, Azərbaycan ordusunun qüdrətini, gücünü bütün cahana duyurmaqda davam edirlər, biz bu gün ordumuzla dövlətimizlə nə qədər fəxr etsək azdır.

Ordumuzun qarşısında aciz qalan düşmən əlindəki silahı yerə qoyub qaçmaqdadır. Hər zaman başqa dövlətlərin gücünə sığınıb, güc göstərən ermənilər meydanda tək qalmaqla, özünün nə qədər gücsüz, iradəsiz olduğunu görməkdədilər. Lakin hər zaman acizliklə sahtakarlıqla məhşur olan erməni cılızları növbəti əməllərinə əl ataraq yalanlar uyduraraq dünyaya səs salırlar. Bu isə heç zaman qəbul olunası deyil, çünki onların ideyaları əsassızdır. Bizim isə ermənilərin bizə qarşı etdikləri hər bir mənfi hərəkətlərinə qarşı faktlarımız var.

Tarix boyu gözü Azərbaycan torpaqlarında olan ermənilər, müxtəlif hiylələrlə mənfi hərəkətlərlə rusların himayəsinə girərək torpaqlar əldə etməyə nail olmuşdular. Azərbaycan torpaqlarında məskən salıb xalqımıza qarşı  törətdikləri hadisələr  ağıla sığmayan  əməllərə  əl atmışdılar. Hələ 1805-ci ildə ermənilərin Gəncə şəhərində törətdikləri hadisələr tarix boyu görünməkdədir. Dinc əhaliyə qarşı zorakılıq və məscidlərə daxil olub insanların sıx olduğu zamanlarda  böyükdən kiçiyə hər kəsi qətlə yetirirdilər. Tarixdə belə faktlara çox rast gələ bilərik. Ermənilər 6-10 fevral 1905-ci ildə Bakıda fevralın 20-22-də isə İrəvan şəhərində qırğınlar törətdilər. Onların məqsədi ilk növbədə İrəvan və onun ətrafındakı kəndləri müsəlmanlardan təmizləmək, sonra isə Naxçıvan və Zəngəzuru ələ keçirmək idi. 1918-ci ildə ermənilərin xalqımıza qarşı soyqırımı adı altında növbəti təxribat  xalqımızı məhv etmək niyyəti ilə nə qədər insanları qətlə yetirmişdilər evlərə girib dinc əhalini öldürüb, evlərə od vurmuşdular. 1918-ci ilin mart-aprel ayları ərzində Bakı quberniyasında 50 mindən çox Türk müsəlman əhalisi məhv edilmişdi. 1918-1920 illər Naxçıvan üçün də ağır və məşəqqətli dövr olmuşdur.

Minlərlə Türkün qanı əlində olan ermənilər vaxt olacaq bu tarix qarşısında cavab verəcək. Bütün çətinliklərə baxmayaraq öz gücünə və qüdrətinə inanan yeni yaranmış ordumuz düşməni hər zaman məhv etməyə qadir idi.  Bu gün də qüdrətli və güclü ordumuz düşmənə qan uddurur. Vətən uğrunda canından belə keçərək Şəhidlik zirvəsini fəth edirlər.

Bu gün Azərbaycan qürur fərəhli günlərinin daha birini yaşayır. Torpaqlarımızı düşmən əsarətindən almaq üçün öz hünərlərini göstərən Azərbaycanın mərd oğulları vətən  uğrunda qanlarının son damlasına qədər vuruşacaqlarına dair and içirlər. Torpaq uğrunda ölən varsa Vətəndir.  Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Nurlana ƏHMƏDOVA

Heydər Əliyev adına tam orta

məktəbin tarix müəllimi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg