• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün109
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7262
mod_vvisit_counterBu ay30467
mod_vvisit_counterÜmumi2497732

Tarix: 20 Apr., 2024

Vətən, sənə canım fəda

Nə gözəl tərbiyə olunmuşuq, nə gözəl Vətən sevmişik, nə gözəl tarix olmuşuq! Biz dünyaya göz açarkən səni ana, ananı sən bilmişik, Vətən! Görən hərkəsəmi belə əziz olur yurdu yuvası, belə doğma olur eli, obası?! Heç inanmıram, Azərbaycan torpağında böyüyən övlad kimi Vətəninə bağlı olan övlad ola.

Tarix deyirsənsə, tariximiz qədimliyi ilə dünyanın  ən qədim torpağının Azərbaycan olduğunu, insanın ilk izlərinin də məhz Azərbaycan torpağında tapıldığını sübut edir. Həəə, əgər millət deyirsənsə, mənim millətim türk oğlu türkdür, yəni əsli bəlli, zatı bəlli, kökü bəlli. Biz tarix boyu öz zənginliyimizlə, asilliyimizlə başqalarını qısqandırmışıq, biz cəsarətimizlə, sücaətimizlə minilliklər boyu başqalarının ürəyinə qanlar salmışıq, biz birliyimizlə düşmənə hər zaman qalib gəlmişik. Amma son 100 illik tariximizə nəzər salsaq, hardan göyərdikləri bəlli olmayan, amma nədənsə özükimilərin diqqətində olan, əsilsiz, vətənsiz, pərakəndə bir etnik qrupun zaman-zaman torpaqlarımıza sızdırıldığını görürük. Sürüklənə sürüklənə, az-az gəlib sığındılar evimizə, tədricən özlərini yamaq kimi yamadılar elimizə. Hələ XX əsrin əvvəllərində yazıq deyib tikəmizi yedirtdiyimiz, suyumuzu içirtdiyimiz nankorları ocağımızın başında bəslədik. İndi də oturub gəmidə gəmiçiylə dava edirlər.

Biz gözümüzü açıb, özümüzü biləndən ər oğlu ərənlərin vətəni olmuşuq. Bu gün sizə sübut edəcəyik, türkün kim olduğunu. Bu günə kimi susduq daha bəsdir, daha biz yox bu gün tarix danışır, bu gün doğulandan öz doğma torpaqlarının düşməndən azad olunması ümidilə anasından güc alan mərd oğullar danışır, bu gün daha səbri qalmayan, daha bir qarış torpağında namərd səsinin gəlməsinə belə dözməyən Azərbaycanın igidləri danışır.

Siz susun, ta görürsüz ki, edəcək bəhanəniz, verəcək yalanınız qalmayıb, susun! 30 ildir Azərbaycanın doğma torpaqlarında erməni vandallarının məskunşalmasına göz yumursuz. Bumudur ədalət, bumudur dünyada sülhün bərqərar olmasını istəməyiniz, bumudur bütün xalqların hüquqlarını bərpa etməyiniz? Əgər həqiqətən sabitliyin bərpa olunmasını istəyirsinizsə, o zaman gərək  haqlı olanı deməkdən çəkinməyəsiniz, o zaman gərək gözdən pərdə asmayasınız.

Bu gün gözünü açandan öz doğma ev-eşiyindən didərgin salınan o balaca uşaqlar torpağını, yurd-yuvasını yağı düşməndən azad etmək uğrunda mübarizə aparır. Sən o övladdan torpaqmı ala bilərsən, sən o gözüdönmüş, torpağı uğrunda sinəsini sipər etməyə hazır cəngavərdən yaxamı qurtara bilərsən, mənfur düşmən! İndi belə qaçarsan bax, boş qalmış papağını belə qoyub qaçarsan bax! Ölmüş leşlərinin acığını mülki əhalidən çıxmağa çalışırsan, dinc sakinlərimizi, evlərimizi, məktəblərimizi, bağçalarımızı hədəfə alırsan, amma bu cılız gedişin heç kəsi ruhdan salmır. Ay aciz, hələ bilmirsən ki, etdiyin hər cılız həmlədə özünü dünya xalqlarının gözündən salır, Azərbaycan igidinin gözünü lap da qisas hissi ilə gücləndirirsən. Necə deyərlər, gen qaz, dərin qaz, özün düşərsən. Budur, ard-arda zəfərimizi qeyd edirik.

Azərbaycan bir həftədə tarixinin ən şanlı və parlaq zəfərli səhifələrinə qızıl hərflərlə “QƏLƏBƏ” sözünü yazır. Mərd igidlərimiz, möhkəm və sarsılmaz ordumuzun cəsarəti və şücaəti ilə addım-addım itirdiklərimizi geri qaytarırıq.

Bu gün hər yerdə igidlərimizdən danışırıq, kiçikdən böyüyə hər kəs Azərbaycan əsgərilə qürur duyur, mərd igidinə dəstək olur. Qəlbimiz cəbhədədi, daha bu dəfə hamımız bir nəfər kimi tam qətiyyətlə inanırıq ki, 30 illik həsrətimizə son qoyulacaq, torpaqlarımız geri alınacaq. Bu gün səngərdə çiyin-çiyinə döyüşən bütün igidlərimizə inanırıq, güvənirik. Vətən sərhəddən başlayır deyirlər, bəli, mənim də Vətənim öz doğma sərhədində yaralanmış qanadını sağaldır, Azərbaycanımızın ərazi bütövlüyünü yenidən bərpa edir. Torpaqlarımızın işğal tarixləri müxtəlif illərdə, aylarda olsa da, işğaldan azad edilmə tarixləri elə eyni ildə, eyni ayda olacaq, bu artıq danılmazdır.

Zəfər bizimlədir, biz bir yumruqda birləşən xalq olaraq, buna tam qətiyyətlə inanırıq.  Sentyabrın 27-dən bütün evlərdə ancaq cəbhədən şad xəbərlər verən səslər eşidirik. Budur hər günümüzü həsrətlə yolumuzu gözləyən, düşmən tapdağından azad olan ana torpaqlarımızın azad edilməsi xəbəri ilə başa vururuq. İnşallah, Füzulinin, Şuşanın, Laçının, Xankəndinin, Xocalının... işğal altında olan bütün torpaqlarımızın azad olduğu günü görərik.  O gün çox yaxında. Qarabağda şanlı üçrəngli bayrağımızın dalğalanması ümidi ilə! İrəli!..

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg