• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün54
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7207
mod_vvisit_counterBu ay30412
mod_vvisit_counterÜmumi2497677

Tarix: 20 Apr., 2024

“Heydər Əliyev və Azərbaycan ordusu” mövzusunda açıq dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ulu öndərinin adını daşıyan Heydər Əliyev Muzeyində 8 oktyabr 2020-ci il tarixdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 15 nəfər şagirdinin iştirakı ilə açıq dərs keçirilmişdir.

Açıq dərsin keçirilməsində əsas məqsəd gənc nəsli dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti, əvəzsiz xidmətləri ilə tanış etmək, onlarda vətənə, torpağa məhəbbət ruhunu aşılamaqdan ibarət olub.

Muzeyin bələdçisi Hicran Bədəlova “Heydər Əliyev və Azərbaycan ordusu” mövzusunda açıq dərs keçərək, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin tarixi taleyində oynadığı misilsiz rolu haqqında şagirdlərə geniş məlumat vermişdir.

Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin adını daşıyan muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisini 1999-cu il tarixli,  21-01-S nömrəli Sərəncamına əsasən yaradılmış və may ayının 10-da ümummilli liderimizin anadan olduğu tarixdə fəaliyyətə başlamışdır.

Muzey ulu öndərin həyat və fəaliyyətinin, ictimai-siyasi, elmi-nəzəri, dövlətçilik irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılması kimi şərəfli və çox lazımlı bir vəzifəni həyata keçirir. Daim milli qurtuluş və müstəqillik arzuları ilə yaşamış müdrik şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən bu muzey zəngin eksponatları ilə də fərqlənir.

Sonra şagirdlərə muzeyin ekspozisiyalarında ulu öndərimizin xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə, elminə göstərdiyi diqqət və qayğı, xaricə səfərləri haqqında materiallar, kitablar, qəzet-jurnallar, məktublar və başqa sənədlər nümayiş etdirilmişdir.

Qeyd edək ki, 2020-2021-ci tədris ili ərzində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Heydər Əliyev Muzeyində açıq dərslərin keçirilməsi nəzərdə tutulmuşdur.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliynin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg