Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli rayon şahmatçıları arasında tempo turniri keçirilib.
Tədbiri giriş nitqi ilə açan Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Əli Hüseynzadə bildirib ki, bu gün Azərbaycanda şahmatın inkişafı diqqət mərkəzindədir. Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir. Vurğulanıb ki, məktəblilər arasında şahmatın təbliği və inkişafı məqsədilə məktəbdaxili, rayonlararası və rayon birinciliyi səviyyəsində yarışlar təşkil olunur.
Qeyd olunub ki, bu gün Naxçıvanda yaradılan şahmat infrastrukturu, şahmatın inkişafı və tədrisi sahəsində görülən işlər nümunə gücündədir.
Yarış Kəngərli rayon ümumtəhsil məktəblərində təhsil alan 40 şahmatçının iştirakı ilə keçirilib. Turnirin yekun nəticələrinə əsasən, ümumi yarışda, Abdullayev Əbdüləzim I, Rzayev Pərviz II, Hüseynli Həsən III yerə layiq görülüb. 14 yaşadək oğlanlar arasında Cəfərli Anar, 12 yaşadək oğlanlar arasında Əsgərov Uğur, 10 yaşadək oğlanlar arasında Hüseynli Ayxan, 8 yaşadək oğlanlar arasında isə Bəylərov Mustafa I yerə layiq görülüb, 14 yaşadək qızlar arasında Rzayeva Sara, 12 yaşadək qızlar arasında Babayeva İnci, 10 yaşadək qızlar arasında isə Süleyman Nur I yerə layiq görülüb.
Tempo turnirinin qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti