• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1138
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə6215
mod_vvisit_counterBu ay30044
mod_vvisit_counterÜmumi2497309

Tarix: 19 Apr., 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yaranmasının 100 illiyi qeyd olunub

10 oktyabr 2020-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd edib ki, Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarına əsasən Naxçıvanda ilk Təhsil şöbəsi yaradılmış və həmin şöbə 24 dekabr 1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığının Naxçıvanda Əlahiddə İdarəsinə, 18 yanvar 1924-cü il tarixdə isə Xalq Maarif Komissarlığına çevrilmişdir.Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 30 mart 1946-cı il tarixli fərmanı ilə Naxçıvan MSSR Xalq Maarifi Komissarlığının adı dəyişdirilərək Naxçıvan MSSR Maarif Nazirliyi adlanmışdır. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 16 dekabr 1988-ci il tarixli fərmanı ilə Naxçıvan MSSR Maarif Nazirliyi ləğv edilmiş, onun bazasında Naxçıvan MSSR Xalq Təhsil Nazirliyi yaradılmışdır. 3 dekabr 1990-cı ildən isə Xalq Təhsili Nazirliyi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi adlanır.

Təhsil naziri Rəhman Məmmədov Naxçıvanda təhsilin inkişaf tarixi ilə də bağlı məlumat verərək bildirmişdir ki, 1930-40-cı illərdə Naxçıvanda 147 məktəb və Müəllimlər İnstitutu fəaliyyət göstərirdisə, 1960-61-ci illərdə 198 məktəb fəaliyyət göstərmiş, ümumicbari 7 illik, 8 illik və orta təhsil həyata keçirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə bütün sahələrlə yanaşı milli təhsilin inkişafında da böyük dönüş yarandığını bildirən təhsil naziri qeyd etmişdir ki, bu illərdə təhsilin dövlət səviyyəsində himayə olunması sayəsində Azərbaycan sürətli inkişaf və tərəqqi yoluna qayıtmış, elm, təhsil və mədəniyyət sahələrində intibaha nail olunmuşdu. 1970-80-ci illərdə muxtar respublikada təhsilin bütün formalarının inkişafı təmin edilmiş, həmin illərdə Naxçıvan Muxtar Respublikasında məktəb tikintisi geniş miqyas almışdır.

Təhsil naziri qeyd edib ki, müstəqillik illərinin ilk dövründən başlayaraq yeni inkişaf yoluna qədəm qoyan muxtar respublikamızda müasir təhsil modeli formalaşdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsil sahəsini prioritet istiqamət elan etməsi, bu sahəyə böyük əhəmiyyət verməsi təhsilin yüksəlişinə səbəb olub. Bu illər ərzində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi üçün müasir binalar tikilib, laboratoriyalar və fənn kabinələri yaradılıb.

1992-ci ildən Qızlar liseyi, 2004-cü ildən isə Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan orta məktəb, 2015-ci ildən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey fəaliyyətə başlamış, avqustun 4-də imzalanan Sərəncamla Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey yaradılmışdır.

Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, ümumilikdə infrastrukturun yeniləşdirilməsi nəticəsində 50 mindən çox şagirdin  təlim şəraiti yaxşılaşdırılmışdır. Ümumtəhsil məktəblərinin kitabxanaları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan 5700-dən çox kompüter və 650-dən çox elektron lövhə quraşdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü 1.5 dəfə, aylıq vəzifə maaşları 2 dəfə,  2019-cu il sentyabrın 1-dən isə əməkhaqları 20 faiz artırılmışdır. Muxtar respublikada müəllimlərin əməyi daim qiymətləndirilmiş, 117 müəllim Azərbaycan Respublikasının Əməkdar müəllimi, 193 müəllim Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüş, 108 müəllim “Tərəqqi” medalı ilə təltif edilmiş, 24 ümumtəhsil məktəbi “Ən yaxşı məktəb”, 40 müəllim “Ən yaxşı müəllimi”müsabiqəsinin qalibi olmuşdur.

Təhsil naziri qeyd etmişdir ki, muxtar respublikamızda təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, təhsildə həm kəmiyyət, həm də keyfiyyət baxımından uğurlu nəticələr əldə olunur.1995-2020-ci illər ərzində ümumtəhsil məktəblərinin ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri bunun əyani sübutudur. Əgər 1995-1996-cı tədris ilində məzunların 401-i, yaxud 31 faizi respublikamızın müxtəlif ali təhsil ocaqlarına daxil olmuşdularsa, 2019-2020-ci tədris ilində məzunların 1919-u, yaxud 70 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 1995-1996-cı tədris ilində 5 məzun 500-700 arası nəticə göstərmişdirsə, 2019-2020-ci tədris ilində bu nəticəni göstərənlərin sayı 275 nəfər olmuşdur.

Təhsil naziri qeyd etmişdir ki, bütün bunlar isə muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının, tədrisin yüksək səviyyədə təşkili üçün yaradılan müasir təhsil infrastrukturunun, informasiya kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin təhsilə tətbiqinin, müəllim nüfuzunun artırılması istiqamətində görülən işlərin nəticəsidir.

Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov çıxış edərək milli maarifçilik ənənələrimizin yaşadılması və inkişafı istiqamətində görülən işlərdən, ümumi təhsilin milli ənənələr, milli mənəvi və bəşəri dəyərlər zəminində dinamik və məqsədyönlü inkişafından və müstəqillik illərindən başlayaraq Şahbuz rayonunda tikilən yeni məktəblər haqqında məlumat vermişdir. Bildirilmişdir ki, rayonda fəaliyyət göstərən 23 tam orta məktəbin hamısı yenidən inşa olunmuş, şagirdlərin yüksək səviyyədə bilik əldə etmələri üçün məktəblərdə hər cür şərait yaradılmışdı. Vurğulanıb ki, bu il rayonda     XI sinfi bitirən 154 şagirddən 134-ü ali, 10-u isə orta ixtisas məktəblərinə sənəd vermiş, onlardan 84-ü ali məktəblərə qəbul olub ki, həmin məzunlardan 25-i 500-700 intervalında bal toplayıb. Ali məktəblərə qəbul olan 84 məzundan   64-ü muxtar respublikamızda fəaliyyət göstərən ali məktəblərdə təhsil alacaqlar.

Sonra Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Esmira Həsənova və Culfa rayon Göydərə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Asudə Məmmədova çıxış edərək muxtar respublikamızda müəllim əməyinə verilən qiymətdən, müəllimlərə göstərilən dövlət qayğısından danışmış, Naxçıvan gəncliyini yüksək səviyyədə himayə etdiyinə görə bütün gənc müəllimlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirmişlər.

Tədbirin sonunda Təhsildə fərqlənənlər Fəxri Fərman, hədiyyə və pul mükafatı ilə mükafatlandırılmışdırlar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg