10 oktyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliynin kollektivi Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində ekskursiyada olub.
Ekskursiyada əvvəlcə muzeyin yaradılma tarixi haqqında məlumat verilib. Bildirilib ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi 2 mərtəbə və 3 ekspozisiya zalından ibarətdir. Ekspozisiyanın birinci zalında ən qədim mədəniyyət abidələri olan Gəmiqaya və Qobustan qayaüstü təsvirlərinin fotoları, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin portretləri, əsərlərinə çəkilmiş illüstrasiyalar, heykəltəraşlıq nümunələri, əsərlərinin toplandığı kitablar sərgilənir.
Qeyd olunub ki, XVIII əsrdən başlayaraq müasir dövr Azərbaycan ədəbiyyatını özündə əks etdirən ikinci ekspozisiya zalının ən gözəl guşəsində ümummilli lider Heydər Əliyevlə bağlı eksponatlar – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən muzeyə hədiyyə olunmuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə qiymətli metaldan hazırlanmış xatirə medalı, rəssam Səyyad Bayramov tərəfindən işlənmiş “Ümummilli lider Heydər Əliyev” portreti, ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotolar, kitablar və digər qiymətli eksponatlar sərgilənir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi