14 oktyabr 2020-ci il tarixdə Naxçıvan şəhər Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbin 15 şagirdi üçün Dövlət Bayrağı Muzeyində baş fond mühafizi, elmi işçi Asudə Məhərrəmli tərəfindən “Naxçıvan xanlığının döyüş və dövlət bayraqları” mövzusunda açıq dərs keçirilmişdir.
Açıq dərs zamanı şagirdlərə bildirilmişdir ki, Naxçıvan diyarı qədim tarixə malikdir. Bu ərazidə müxtəlif dövrlərdə mükəmməl dövlət idarəçiliyi formaları meydana çıxmışdır. Buna misal olaraq, Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ təşkil edən Naxçıvan xanlığını göstərmək olar. Olduqca gərgin bir dövrdə yaranan bu dövlət qurumu Azərbaycanda inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini vermiş, xalqımıza məxsus tarixi ərazini, dili və milli mədəniyyəti qorumağı bacarmışdır.
Daha sonra Naxçıvan xanlığının döyüş və dövlət bayraqları haqqında ətraflı məlumat verilmişdir
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi