Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ulu öndərinin adını daşıyan Heydər Əliyev Muzeyində 15 oktyabr 2020-ci il tarixdə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinə növbəti açıq dərs keçirilmişdir.
Muzeyin bələdçisi Gülnar Quluzadə “Heydər Əliyev və Azərbaycan ordusu” mövzusunda açıq dərs keçərək, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda fəaliyyəti haqqında şagirdlərə geniş məlumat vermişdir.
Sonra şagirdlərə muzeyin ekspozisiyaları haqqında məlumat verilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi