• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün147
mod_vvisit_counterDünən1573
mod_vvisit_counterBu həftə10210
mod_vvisit_counterBu ay29701
mod_vvisit_counterÜmumi2970512

Tarix: 18 Yan., 2025

Naxçıvan Şəhər Peşə Liseyində müdavimlərə məşğələ keçirilib

Naxçıvan Şəhər Peşə Liseyində “Qazanxana maşinistləri qazanxanada baş verə biləcək yanğın və digər xoşagəlməz hallara hazır olmalıdır” mövzusunda məşğələ keçirilib.

Məşğələnin keçirilməsində əsas məqsəd qazanxanalarda baş verə biləcək yanğın və dəm qazından zəhərlənmə və partlayış hallarını şərti olaraq canlandırmaq, bu cür xoşagəlməz hallarda düzgün davranış qaydalarını müdavimlərə aşılamaqdır. Tədbirdə liseyin direktoru Sona Əliyeva, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Emin Qasımov, Təhsil Nazirliyinin əməkdaşı Vüsal Abdullayev və dövlət qulluqçusu Azadə Cəfərova çıxış edərək müdavimlərə uğurlar arzu ediblər.

Məşğələnin birinci hissəsində müdavimlərin nəzəri biliklərini yoxlamaq məqsədi ilə suallar verilib, komandalar onlara ünvanlanan suallara daha tez və düzgün cavab vermək uğrunda mübarizə aparıblar. İkinci hissədə komandalar əleyhqazı geyinərək yarışıblar. Əleyhqazı düzgün və cəld geyinən komanda qalib hesab olunub. Nəzəri hissə yekunlaşdıqdan sonra müdavimlərin praktik bacarıqlarını nümayiş etdirmək məqsədi ilə məşğələnin üçüncü hissəsinə start verilib. Bu zaman şərti qəza şəraiti liseyin daxilində yaradılıb. Əməli məşğələ zamanı qazanxana müdavimlərindən təşkil olunmuş komanda texnogen xarakterli fövqəladə hallar zamanı özlərini və zərər çəkənləri necə xilas edəcəklərini əyani şəkildə göstəriblər. Baş vermiş qəza nəticəsində zədələnmişlər xilasedicilər tərəfindən qəza yerindən təxliyə olunaraq tibb otağına gətirilib və zədələnənlərə sanitar post tərəfindən ilk yardım göstərilib.

Tədbirin sonunda fəal iştirak edən müdavimlərə diplomlar təqdim olunub.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg