Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanskinin Ev Muzeyində Naxçıvan Qarnizonu tam orta məktəbi və Naxçıvan şhər 11, 12, 14 və 15 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə növbəti açıq dərs keçirilmişdir.
Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin tarix müəllimi Həmidə Babayeva tərəfindən “Sərkərdə ömrü” mövzusunda keçirilən açıq dərsdə Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid Naxçıvanskinin həyatı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti və Sovet Ordusu sıralarında hərbi xidməti haqqında şagirdlərə geniş məlumat vermişdir.
Bildirilmişdir ki, Cəmşid Naxçıvanski 1895-ci il Naxçıvan şəhərində Cəfərquluxanın ailəsində anadan olmuşdur. Azərbaycan dilində yazmağı anasının sayəsində, rus və fransız dillərini isə dayəsinin sayəsində öyrənmişdir. 1904-cü ildə Tiflis kadet-yeniyetmə korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müəvvəfəqiyyətlə bitirmişdir. 1915-ci ildə Yelizavetqrad Qərbi Ukrayna Qvardiya məktəbini bitirmişdir. I dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari bölüyün komandiri olmuşdur. Avstrya-Ruminya cəbhəsində 3 dəfə yaralanan C.Naxçıvanski igid süvari zabit kimi gümüş silahla mükafatlandırılmış, 2-ci müqəddəs “Anna “ ordeni ilə təltif olunmuşdur. Qeyd olunmuşdur ki, 1917-ci ildə hərbi xidmətinə görə 2-ci dərəcəli müqqədəs Stnanslav ordeni və qılıncla təltif olunmuş C.Naxçıvanski 9 may 1917-ci ildə leytnant rütbəsinə elə həmin il 30 oktyabrda qərargah kapitanı rütbəsinə layiq görülmüşdür. C.Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə müqəddəs Anna ordenin 3-cü dərəcəsi, 22 avqustda isə müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır. Cənub-qərb cəbhəsi dağıldıqdan sonra Ştabs Rotmister C.Naxçıvanskinin başçılıq etdiyi süvari alayı ilə birlikdə Azərbaycandan qayıtmışdır.
Sonra şagirdlərə muzeydə olan eksponatlar haqqında geniş məlumat verilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbut və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi