• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün813
mod_vvisit_counterDünən1035
mod_vvisit_counterBu həftə6130
mod_vvisit_counterBu ay13743
mod_vvisit_counterÜmumi2530559

Tarix: 12 May, 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzi yaradıldı

Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzinin təqdimatı keçirilib.

Təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülmüş, müasir standartlara cavab verən təhsil müəssisələri tikilmiş, həmin müəssisələrin maddi-tədris bazası möhkəmləndirilmiş, infrastrukturu yenilənmişdir. Hazırda da təhsilin inkişafı istiqamətində zəruri işlər davam etdirilir. Bu gün muxtar respublikada təhsilin inkişafı istiqamətində görülən işlərin, eləcə də bu istiqamətdə həyata keçirilən layihələrin nəticəsidir ki, hər tədris ilində muxtar respublika məzunlarının ali məktəblərə qəbul səviyyəsi artır, şagirdlərimiz ölkənin ən nüfuzlu təhsil müəssisələrində təhsil almaq hüququ qazanırlar.

Təhsil naziri bildirmişdir ki, muxtar respublikada şagird nailiyyətlərinin qiymətləndirilməsi, istedad və bacarıqlarının aşkarlanması istiqamətində müxtəlif tədbirlər keçirilir. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə, Naxçıvan Qızlar Liseyinə şagird qəbulu imtahanla aparılır. Bu ildən isə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyə də qəbul imtahanı keçiriləcəkdir. Bununla yanaşı Təhsil Nazirliyi hər il muxtar respublika və respublika fənn olimpiadaları, eləcə də muxtar respublika üzrə 40 mindən çox şagirdin fənlər üzrə mövzuların mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsi üzrə sınaq imtahanları keçirir. Buna görə də, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində İmtahan Mərkəzinin yaradılmasına böyük ehtiyac var idi.

Təhsil naziri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə İmtahan Mərkəzi üçün yer ayrılmış və mərkəzdə ən müasir avadanlıqlar - 1 ədəd Rəqamsal monoxrom yüksək sürətli rizoqraf çap avadanlığı, 1ədəd Rəqəmsal tamrəngli surətçıxaran-printer skaner çap avadanlığı, 3 ədəd  kompüter, 2 ədəd noutbuk, 3 ədəd Printer, 1 ədəd Test skaneri, 1 ədəd Elektrikli stepler quraşdırılmışdır. Nazir bildirmişdir ki, təqdimatına toplaşdığımız İmtahan Mərkəzi Təhsil Nazirliyi tərəfindən liseylərə qəbul, həmçinin müxtəlif fənn olimpiadalarının keçirilməsinə, şagirdlərin mövzular üzrə mənimsəmə səviyyəsinin qiymətləndirilməsinə geniş imkanlar yaradır.

Rəhman Məmmədov muxtar respublika təhsilinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təhsil işçiləri adından minnətdarlığını bildirdi.

Sonra Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək, Mərkəzdə yaradılan şərait və avadanlıqlar haqqında məlumat vermişdir.

Sonra Mərkəzdə quraşdırılan avadanlıqlara baxış olmuşdur. Bildirilmişdir ki, mərkəzdəki avadanlıqlar müasirliyi ilə seçilir. Belə ki, rəqəmsal monoxrom yüksək sürətli rizoqraf çap avadanlığı dəqiqədə 130 vərəq, rəqəmsal tamrəngli surətçıxaran-printer skaner çap avadanlığı A3 formatda rəngli olmaqla dəqiqədə 22 vərəq nəşr edir. Mövcud printer skaner hətta cavab kartlarını da nəşr edir ki, bu da sınaq imtahanları və fənn olimpiadaları üçün lazım olacaq cavab kartlarının Mərkəzdə nəşr olunmasını təmin edəcəkdir. Test skaner saatda 1800 cavab kartını oxuya bilir. Mərkəzdə komputerlər xüsusi proqram təminatı ilə təchiz olunmuşdur. Yüksək göstəricilərə malik olan komputerlər mərkəzdə test bankının yaradılması üçün də geniş imkanlar açır. Mövcud avadanlıqlarla yanaşı gələcəkdə test skaner üçün nəzərdə tutulmuş proqram təminatının təkmilləşdirilməsi, açıqtipli testlərin müəyyənləşdirilmiş marker müəllimlərin kompüterlərinə göndərilməsi və elektron yoxlanılması nəzərdə tutulur. Həmçinin imtahan nəticələri ilə şagirdlərin valideynlərinə Naxtel üzərindən SMS-lə məlumat göndərilməsi istiqamətində də iş aparılacaqdır.

Bu gün təhsil sahəsində belə bir qurumun təsis edilməsi şagirdlərin biliyinin qiymətləndirilməsi işinə öz töhfəsini verəcəkdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg