İllərdən bəri öz terrorçuluq prinsipini yerinə yetirən erməni vandalları döyüş meydanında öz qüdrətini göstərə bilməyib gücünü dinc əhalini hədəf tutaraq göstərmişdir. Silahsız dinc sakinləri, hələdəki körpələri vurmaq ermənilərin hər zamankı heç bir vəhşiliyə sığmayan əməlləridir. Və biz buna tariximizin bütün səhifələrində rast gələ bilərik. Hələ 1804-cü ildə öz işğalçılıq niyyətini ortaya qoyan ermənilər Azərbaycan torpaqlarında yaşamaqla xalqımıza qarşı yönəldilən mənfi xarakter daşıyan əməllər törətmək ideyalarını tarix boyu reallaşdırmışdılar.
Mənfur erməni cılızları hər zaman fürsət tapıb hər dəfə öz yalanlarını ortaya qoyub xalqlar arasında özünü acındırmaq, özlərini haqlı çıxartmaq ideyalarını irəli sürüb özlərinə yer tutmaq istəmişdilər. XIX-XX əsrlərdə ermənilər xalqımıza qarşı soyqırımı niyyəti adı altında təxribatlar, sui-qəsdlər törətmişdilər. Buna baxmayaraq tariximiz dəfələrlə müəyyən insanlar tərəfindən saxtakarlığa, ədalətsizliyə məruz qalaraq əzilmişdir. Lakin, həqiqətlər gün üzünə çıxmaq ümidilə yaşayan Azərbaycan hal-hazırda dünyaya tarixini bəyən etməklə hətta öz yeni tarixini yazır. Tariximiz sanki illərdən bəri susmağa məcbur olduğu dünya qarşısında dil açıb danışır.
Bu gün tariximizdə dərin izlər qoyan Gəncə hadisələrini - növbəti Gəncə qətliamını yaşadan erməni vəhşiliyi dinc əhaliyə qarşı misli görünməmiş hərəkət etməkdədir. Bu gün öz hünərini ər meydanında göstərən ordumuzun qarşısına çıxa bilməyən erməni cılızları ən axırıncı üsul kimi silahsız əhalini və körpə uşaqları hədəf almaqdadır. Cəsarətli ordumuzun, qisası alınan və düşməni qıcıqlandıran ordumuzun uğurları düşməni məğlub olmağa vadar edir. Qüdrətini, gücünü səngərdə göstərən rəşadətli ordumuz hər an zəfər çalmaqdadır. Biz qələbəyə doğru gedirik. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan dövləti və onun şanlı ordusu!
Nurlana HƏSƏNOVA
Heydər Əliyev adına tam orta
məktəbin tarix müəlliməsi