• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün524
mod_vvisit_counterDünən908
mod_vvisit_counterBu həftə3405
mod_vvisit_counterBu ay35737
mod_vvisit_counterÜmumi2503002

Tarix: 24 Apr., 2024

“QARABAĞ AZƏRBAYCANDIR!” mövzusuna həsr olunmuş tədbir keçirilib

Oktyabrın 23-ü Naxçıvan Dövlət Texniki Kollecində “QARABAĞ AZƏRBAYCANDIR!" mövzusuna həsr olunmuş tədbir keçirilib.

Tədbiri Kollecin direktoru Asəf Ruşanov giriş sözü ilə açaraq qeyd edib ki, “Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ böyük Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min km² ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmış, bununla da həmin ərazidə separatçılıq meyillərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XIX əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlarına yiyələnmək iddiası dayanır.

Bildirilib ki, erməni hərbi-siyasi rejimi mövcud münaqişəni sülh yolu ilə həll etmək əvəzinə özlərinin işğalçı mövqelərindən əl çəkməyərək sentyabr ayının 27-də səhər saat 6:00 radələrində növbəti dəfə işğal olunmuş bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini ağır artilleriya silahları ilə atəşə tutmağa başladı. Bu artıq 30 ilə yaxın müddət ərzində səbrlə dözən və sülh tərəfdarı olan Azərbaycanın səbr kasasını daşırdı. Rəşadətli ordumuz Ali Baş Komandanın rəhbərliyi altında əks həmlə ilə düşmən ordusu nəinki susduruldu, həm də işğalda olan  xeyli ərazimiz ordumuz tərəfindən işğaldan azad edildi. Daha dəqiq desək, Cəbrayıl şəhəri və onun 48 kəndi, Füzuli şəhəri və onun 28 kəndi, Zəngilan şəhəri və onun 32 kəndi, Xocavənd rayonunun 14 kəndi, Tərtər rayonunun 3 kəndi, eyni zamanda strateji əhəmiyyətli Suqovuşan, Mincivan, Hadrut  və Ağbənd qəsəbəsləri olmaqla, ümümilikdə 125 kənd düşmən qüvvələrindən təmizlənmişdir."

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova gənc nəslin vətənə məhəbbət, xalqa, elinə, obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyəsindən danışaraq vurğulamışdır ki, Azərbaycan gəncliyi təkcə dünyagörüşü, intellekti və əldə etdiyi nailiyyətlərilə deyil, həm də milli mənliyi, Vətən sevgisi və milli amalları ilə fərqlənir. Gənclərin elə uşaq yaşlarından milli duyğularla böyüməsində həm ailənin, həm məktəbəqədər müəssisələrin, orta və ali məktəblərin, həm də cəmiyyətin və dövlətin rolu böyükdür. Dövlətin və millətin əmin əllərdə işıqlı sabahlara doğru addımlaması üçün gənclərimizin savadlı və dünyagörüşlü olması ilə yanaşı, vətənpərvərliyi də önəmlidir. Müavin qeyd etmişdir ki, bu gün muxtar respublikamızda da gənclərimiz arasında ruh yüksəkliyi, Vətənə məhəbbət hissi güclüdür. Bu özünü hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, şəxsiyyət kimi formalaşması məqsədilə bir sıra tədbirlər həyata keçirilməsində biruzə verir. Məktəb şagirdləri arasında mütəmadi olaraq həyata keçirilən “Vətənin müdafiəsinə hazıram”, “Şahin”, “Sərhəd” hərbi idman oyunları, atıcılıq turnirləri, özünümüdafiə ilə bağlı tədbirlər, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi və milli-mənəvi dəyərlərin təbliği məqsədilə şagirdlərin “Naxçıvan Döyüş Şöhrəti” və “Xatirə” muzeylərinə təşkil olunmuş ekskursiyaları gənclərin vətənpərlik hisslərinin formalaşmasına öz müsbət təsirini göstərir, həmçinin həm fiziki, həm də mənəvi cəhətdən sağlam gəncliyin yetişməsinə öz töhfəsini verir. Tədbirdə “Mənim igid əsgərim” mövzusunda keçirilən rəsm müsabiqəsində qəhrəman “Genaral Polad Həşimov” adlı rəsm əsərinin müəllifi Rüstəmli  Fərid   I yerə, Qənbərova İnci və Bəylərova Həcər II yerə, Əliyeva Ləman, Kərəmov Ruslan və Tağıyev Elnur III yerə, Abbasov Famil və Nağıyeva Ülviyyə isə həvəsləndirici yerlərə laiq görülüblər.

Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecin tələbələri tərəfindən bədii kompazisiya göstərilib.

Tədbirin sonunda isə sərgiyə baxış keçirilib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg