• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1247
mod_vvisit_counterDünən1220
mod_vvisit_counterBu həftə7822
mod_vvisit_counterBu ay29228
mod_vvisit_counterÜmumi2970039

Tarix: 17 Yan., 2025

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində şagirdlərin asudə vaxtları səmərəli təşkil olunur

5 noyabr 2020-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Rəsm qalereyasında "Bayrağımız mənliyimizdir" mövzusunda tədbir keçirilib.

Dekorativ tətbiqi sənət dərnəyinin üzvlərinin 25 Rəsm işinin nümayiş olunduğu tədbirdə mərkəzin direktoru çıxış edərək "9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" haqqında geniş məlumat verərək bu günün əhəmiyyətindən danışıb.

Həmin gün Mərkəzdə Azərbaycan xalqının bir bayraq altında həmrəyliyini, bütövlüyünü şagirdlərə aşılamaq məqsədilə "Stolüstü tennis" dərnəyi üzvləri arasında "9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" münasibətilə yoldaşlıq görüşü keçirilib. Maraqlı keçən yarışın sonunda fərqlənən dərnək üzvləri diploma layiq görülüblər.

Həmçinin noyabrın 5-də Mərkəzin Estetik tərbiyə, təsviri-incəsənət və musiqi və Xüsusi qabiliyyətli və istedadlı uşaqlarla yaradıcı iş şöbələrinin bir qrup dərnək üzvünün Naxçıvan şəhər Bayraq meydanına "Hərəyə bir bayraq" devizi altında yürüyüş və ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdlərdə Vətənə və bayrağa bağlılıq, onlara vətənpərvərlik hisslərini aşılamaq olub. Dərnək üzvləri Vətən, bayraq haqqında şeirlər səsləndirərək Bayraq meydanını gəziblər.

Eyni zamanda Mərkəzin Kütləvi tədbirlər şöbəsinin və dərnək üzvlərinin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası da təşkil olunmuşdur.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg