• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1279
mod_vvisit_counterDünən1220
mod_vvisit_counterBu həftə7854
mod_vvisit_counterBu ay29260
mod_vvisit_counterÜmumi2970071

Tarix: 17 Yan., 2025

Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim hüquqlarım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

“12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə noyabrın 11-də muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Mənim hüquqlarım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd məktəbliləri vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik tərbiyəsini formalaşdırmaq, dövlətçilik tarixində, cəmiyyətin qorunması və rifahı rolunda Konstitusiyanın rolu ilə bağlı fikirləri təbliğ etməkdən ibarətdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının əməkdaşı Murad Babayev çıxış edərək bildirib ki, sabah Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasından 25 il ötür. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

Bildirilmişdir ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

İnşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 34 şagird iştirak edib. Şagirdlər inşa yazını təşkilat komitəsi tərəfindən təqdim olunan dəftərlərdə, 2 saat ərzində yazıblar.

Sonra müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq müsabiqədə bir şagird I yerə, iki şagird II yerə, üç şagird III yerə, 3 şagird isə həvəsləndirici yerə layiq olunub.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg