Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, “Muzey günləri”nin tərtib olunması müxtəlif təşkilatların kollektivlərinin muxtar respublikadakı muzeyləri ziyarət etməsinə, tariximizi və milli dəyərlərimizi özündə yaşadan eksponatlarla əyani tanış olmalarına, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənmələrinə şərait yaradıb.
7 noyabr 2020-ci il tarixdə Sədərək Rayon Təhsil Şöbəsinin kollektivi rayon Tarix-Diyarşünaslıq muzeyində olublar.
Muzeyin fond müdiri Novruz Əliyev rayon Tarix-Diyarşünaslıq muzeyinə gələnlərə muzeydə nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi