• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1263
mod_vvisit_counterDünən1220
mod_vvisit_counterBu həftə7838
mod_vvisit_counterBu ay29244
mod_vvisit_counterÜmumi2970055

Tarix: 17 Yan., 2025

Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayraq kimliyimdir” mövzusunda şeir müsabiqəsi keçirilib

Muxtar diyarımızda dövlət atributlarına hörmət və ehtiram hər zaman olduğu kimi bu gün də yüksək səviyyədədir. Bu, Naxçıvanın qədim dövlətçilik tarixinə malik olması və Azərbaycanın dövlətçilik ənənəsinin qorunub saxlanılmasındakı xüsusi rolu ilə birbaşa bağlıdır. Beşminillik şəhər mədəniyyəti tarixini özündə yaşadan Naxçıvan dünya sivilizasiyasında möhtəşəm mədəniyyət nümunələri ilə yanaşı, yüz illər boyu formalaşmış böyük dövlətçilik ənənələrinin də saxlanc yeri olmuşdur. Bununla əlaqədar olaraq “17 Noyabr-Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü”  münasibətilə 12 noyabr 2020-ci il tarixdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə şəhər ümumtəhsil məktəb şagirdləri arasında “Bayraq kimliyimdir” mövzusunda şeir müsabiqəsi keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik  ideyalarına sadiq qalması, bayrağımızın şərəfini hər yerdə qoruması, dövlət atributlarına hörmət və məhəbbət, vətənpərvərlik ruhunda tərbiyə edilməsidir.

Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Sabir Məmmədov açaraq,  şagirdlərə “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncama əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqqında məlumat vermişdir.

Bayraq dövlətin varlığını təsdiqləyən, milləti ucaldan, hər bir vətəndaşı qürurlandıran  rəmzdir. Elə bir adam ola bilməz ki, mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində qürur, mənliyində iftixar hiss etməsin. Bəlkə də mübaliğəsiz demək olar ki, dünyada bütün  zirvələrdən, yüksəkliklərdən daha çox insanlar dövlət bayraqlarının ucalığına xüsusi sevgi ilə yanaşırlar. Bu baxımdan, bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir.  Dövlət Bayrağı millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Üçrəngli, ay-ulduzlu bayrağımız hər bir ölkə vətəndaşının inam və güvənc yeridir.

Müsabiqənin sonunda Naxçıvan şəhər məktəbləri üzrə I yerə 2 nömrəli tam orta məktəbin şagirdi Cəlilzadə Səkinə layiq görülərək müsabiqənin muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Qalib və digər fərqlənən şagirdlər Şəhər Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılmışlar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg