Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Döyüş Şöhrəti Muzeyində Naxçıvan 18 noyabr 2020-ci il tarixdə növbəti açıq dərs keçirilmişdir.
Açıq dərsdə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin hərbi rəhbəri Aqşin Məmmədovun “Azərbaycan Ordusunun keçmişi və bu günü” mövzusunda keçdiyi açıq dərsdə şəhər ümumtəhsil məktəblərindən Naxçıvan Qarnizonu tam orta məktəbi və şəhər 10, 11, 12 və 13 nömrəli tam orta məktəblərin IX-XI sinifləri üzrə ümumilikdə 20 şagird iştirak etmişdir.
Dərs zamanı bildirilmişdir ki, Azərbaycan Ordusunun yaxın keçmişinə nəzər saldıqda kadr heyətinin çatışmamazlığı, nizam-intizamın aşağı olması, ölkəni bürüyən xaus və pərakəndəlik ordunun məğlubiyətləri ilə nəticələnirdi. Orduda vahid komandanlıq yox idi. Orduya hərb işini bilməyən və hərbi səriştəsi olmayan şəxslər komandirlik edirdi. Artıq ölkə bölünməyə doğru gedirdi. Ölkəni bu sarsıntlardan çıxarmaq üçün bacarıqlı komandir və dünya arenasında öz sözünü deyən siyasi xadimin olması vacib şərt idi. Ümümmilli liderin hakimiyyətə gəlməsi ölkə daxilində çaxnaşmalara son qoymaqla yanaşı ordudada dönüş yaratdı. Orduda nizam-intizamın bərpa etməsi, orduya bacarıqlı kadrlar cəlb etməklə maddi-texniki təminatı gücləndirmək şəxsi heyətdə vətənpərlik ruhunun aşlanması əsas vacib amillərdən biri idi. Ümummilli liderin uzaqgörən siyasəti birinci olaraq müharibəni saxlamaq və ölkədə qayda-qanunları bərpa etmək oldu. Bildiyimiz kimi 1994-cü ilin may ayında sülh müqabiləsi imzalandı və birinci iş ölkədə əminamanlığı bərpa etmək və ordunu formalaşdırmaq oldu. Ölkədə sülhün bərpa olunması ordu quruculuğuna böyük təkan oldu. Artıq kadr heyətinin hazırlanması üçün hərbi təhsil məktəbləri açıldı. Ordunun maddi texniki təminatı gücləndirildi. Keçirilən təlimlər artıq öz bəhrəsini verirdi uğurlarımız günü-gündən artırdı.Güclü ordunun olmasının nəticələri bu gün özünü göstərdi. Artıq biz fəxrlə danışırıq ki, bizim güclü ordumuz var. Ordunun güclü olmasının əsas şərtlərindən birincisi vahid komadanlığın olması, nizam-intizam və vətənə bağlılıqdır. Bu günlər ərzində əldə etdiyimiz qələbə bunu bir daha göstərdi.
Sonda məktəblilərə Naxçıvan Döyüş Şöhrəti Muzeyində nümayiş olunan və müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilərək döyüş yolu keçmiş eksponatlar haqqında geniş məlumat verilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi