18 noyabr 2020-ci il tarixdə Naxçıvan Şəhər Təhsil Şöbəsi, Polis İdarəsi və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 və 17 nömrəli tam orta məktəblərin IX və XI sinif şagirdləri üçün maarifləndirici görüş keçirilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşı Türkan Məmmədova “Yetkinlik yaşına çatan şagirdlərin sağlam həyat tərzi, tütün məhsullarının istifadəsinin zərərli təsirləri və erkən nigah” mövzusunda şagirdlərə ətraflı məlumat vermişdir.
Təhsil Şöbəsinin metodisti Könül Mahmudova və İdman İdarəsinin baş məsləhətçisi Elşən Rəfiyev oxunması zəruri olan kitabların mütaliəsi, sosial şəbəkələrdən düzgün istifadə, eləcə də milli-mənəvi dəyərlər, şagirdlərin vətənpərvər ruhda tərbiyə edilməsindən, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı idman yarışlarının keçirilməsi və onların idmana cəlb edilmələri, yarışlarda fəal iştirakları və qazanılan nailiyyətlər haqqında ətraflı söhbətlər aparmışlar.
Sonra mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi