• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1270
mod_vvisit_counterDünən1220
mod_vvisit_counterBu həftə7845
mod_vvisit_counterBu ay29251
mod_vvisit_counterÜmumi2970062

Tarix: 17 Yan., 2025

Sədərək rayon Tarix Diyarşünaslıq Muzeyində “Keçmişdən bugünə Sədərək” mövzusunda açıq dərs keçirilib

Sədərək Rayon Təhsil Şöbəsi, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Keçmişdən bugünə Sədərək” mövzusunda açıq dərs keçirilib.

Açıq dərs Sədərək rayon ümumtəhsil məktəblərində ilk dəfə olaraq həm əyani, həm də onlayn formada ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə təşkil edilib. Açıq dərs Sədərək kənd 2 nömrəli tam orta məktəbin Tarix müəllimi Elsəvər Səfərov  tərəfindən aparılıb.

Elsəvər Səfərov qeyd edib ki, 1990-cı il 28 avqustda Azərbaycan SSR-i Ali sovetinin Qərarı ilə yaradılmış Sədərək rayonu Naxçıvan Muxtar Respublikasında yerləşən inzibati ərazi vahididir. Rayon qərbdən Türkiyə, şimal-qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonda aparılan arxeoloji qazıntılar nəticəsində, eramızdan əvvəl IV minillikdən başlayaraq müasir dövrə qədər müxtəlif zamanlarda yaşayış məskənlərinə aid arxeoloji ekspanatlar aşkar  edilmişdir. Eneolit, tunc, orta əsrlər dövrünə aid arxeoloji tapıntılar Sədərək Tarix-Diyarşünaslıq muzeyində sərgilənir. Sədərək sözünün etimoloji izahı haqqında bir neçə fərziyyə vardır. Belə ki, söz ərəb dilindəki “Sədər” məskən və “ək” şəkilçisinin köməyi ilə yaranmışdır. Başqa bir fərziyyəyə görə söz fars dilində “3 dərə” (Çanaqçıçay, Cəhənnəmdərə və Bağırsaq) mənasını verir.

Bildirilib ki, rayon kimi tarixi gənc olsa da, qədim dövrlərdən başlayaraq burada yaşayış məskənləri olmuşdur. Hal-hazırda Sədərək qalası, Ağoğlan piri və Şəhər yeri kimi qədim abidələr mühafizə olunur. Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin mövcud olduğu dönəmdə biz Sədərəyin adının Çuxursəd vilayətinin səkkiz mahalından biri kimi çəkildiyini görürük. Sədərək XVI əsr tarixi qaynaqlarında sultanlıq kimi göstərilir. Övliya Çələbi və Fransız səyyah Jan Şarden Sədərək haqqında məlumat verir. Jan Şarden qeyd edir ki, “Biz bağlı-bağatlı bir ərazidən keçdikdən sonra, 8 lyö getdikdən sonra sağda Nuh dağına, sol tərəfdə isə Sədərək şəhərinə çatdıq. Hansı ki, mahalın sultanı da bu şəhərdə yaşayır”. Sədərək ərazisində yerləşən maraqlı toponimlərdən biri də Günnütdür. Tarixçi alimlər belə hesab edirlər ki, XIII əsrdə monqol istilası dövründə bu əraziyə gələn Konqorat tayfasının adı ilə  bağlıdır.

2002-ci ildə ümummilli lider Heydər Əliyev Sədərək rayonunda olarkən əhali ilə görüşündə qeyd etmişdir ki, hələ 1977-ci ildə Sədərək ərazisində düşmənə yaxın nöqtədə yeni bir qəsəbənin salınması haqqında sərəncamı mən özüm vermişdim. Hansı ki, sonradan ermənilərin bu əraziyə olan iddialarının qarşısını almaq mümkün  olmuşdur. Təsadüfi deyildi ki, I Qarabağ müharibəsi elə məhz Sədərəkdən 1990-cı ilin 19 yanvarında başlamışdır. Qeyrətli Sədərək xalqı düşmənə inadlı mübarizə göstərmiş, Naxçıvanın digər bölgələrindən də Sədərək əhalisinin köməyinə gəlinmişdir. Sədərək düşmənə layiqli cavab vermişdir deyə vurğlamışdır.

Dərsin sonununda şagirdləri maraqlandıran sualar ətrafında müzakirələr aparılmışdır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg