Sədərək Rayon Təhsil Şöbəsi və Naxçıvan Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılığı ilə “And yerimiz Azərbaycan” mövzusuna həsr olunmuş rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqədə Sədərək rayon ümümtəhsil məktəblərinin şagirdləri iştirak edib.
Müsabiqədə çıxış edən Naxçıvan Dövlət Rəsm Qalareyasının direktoru Hökümə Məmmədli bildirib ki, “And yerimiz, vətənim Azərbaycan” mövzusunda rəsm müsabiqəsinin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində təhsil alan gənclərə Vətən sevgisini, mübariz olmağı, birlik və həmrəylik ruhunda yaşamağ, Vətənə sadiq və layiq vətəndaş olmağı aşılamaqdır.
Şagirdlərin çox maraqla əl işlərini nümayiş etdirdikləri müsabiqənin nəticəsinə əsasən I yerə Sədərək kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi İnci Məmmədova, II yerlərə Sədərək kənd 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Anar Abbasov və Heydərabad qəsəbə tam orta məktəbin VIII sinif şagirdi Rauf Kazımov, III yerlərə isə Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdlərindən XI sinif şagirdi Ərkinaz Əhmədova, VIII sinif şahirdi Gülay Əliyeva və VI sinif şagirdi Aysu Abbasova layiq görülüblər.
Qaliblər sonda təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi