• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1242
mod_vvisit_counterDünən1220
mod_vvisit_counterBu həftə7817
mod_vvisit_counterBu ay29223
mod_vvisit_counterÜmumi2970034

Tarix: 17 Yan., 2025

Ümumtəhsil müəssisələrində idman klubları yaradıldı

Muxtar respublikada şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Bu işlərin davamı olaraq “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılmışdır. Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Təhsil və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində idman klublarının təqdimatı keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ümumtəhsil müəssisələrində 33 futbol, 16 mini futbol idman meydançası, 196 idman zalı və açıq idman qurğuları, şahmat sinifləri şagird və müəllimlərin ixtiyarına verilib. Uşaq-Gənclər Şahmat və İdman məktəblərinin infrastrukturu yenilənmiş, Şahmat məktəbləri 67 kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunmuş, şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası aparılmış, 505 müəllim sertifikatla təmin edilmişdir.

Vurğulanıb ki, hazırda muxtar respublika ümumtəhsil məktəblərində 364 fiziki tərbiyə müəllimi fəaliyyət göstərir ki, onun da 35-i müəllimlərin işə qəbulu müsabiqələrində ən yüksək nəticə göstərən gənc kadrlardır. Təhsil müəssisələrində idman infrastrukturunun və kadr potensialının yaxşılaşdırılmasının nəticəsidir ki, bədən tərbiyəsi və idman ixtisaslarına maraq artmış, təkcə ötən tədris ilində ümumilikdə 36 məzun ali məktəblərin idman ixtisaslarına qəbul olmuşdur.Bildirilib ki, fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələri”lə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsil işçilərinin üzərinə qoyduğu vəzifələrin icrası məqsədilə 2020-ci ildə muxtar respublikamızda fəaliyyət göstərən federasiyalar ilə birgə müxtəlif yarışlar keçirilmiş, Uşaq-Gənclər İdman məktəblərinə 195 qrup üzrə 2740 dərnək üzvü qəbul edilmişdir ki, onların da 2164-ü oğlan, 576-sı qızlardır.

Qeyd edilmişdir ki, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, eləcə də istedadlı idmançıların üzə çıxarılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Nazir qeyd etmişdir ki, Dövlət Proqramından irəli gələn vəzifələr təhsil müəssisələrində yüksək səviyyədə icra olunur. Dövlət Proqramının icrası məqsədilə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində kadr potensialı və mövcud şərait nəzərə alınmaqla idman klubları yaradılır. İdman klubları uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsində, onların fiziki sağlamlığının qorunmasında, eləcə də asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.Təhsil naziri muxtar respublikada təhsilin inkişafına və şagirdlərin sağlamlıqlarının qorunmasına göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirmişdir ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda Naxçıvan idmanının inkişafına dair konkret tapşırıqlar qoyulmuşdur. Bu tapşırıqların icrası üçün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aidiyyatı qurumlarla birgə əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması məqsədilə bir çox ənənəvi və yeni idman tədbirləri həyata keçirir. Belə ki, muxtar respublikaya  mütəmadi olaraq müxtəlif  idman növləri üzrə təcrübəli məşqçilərin  dəvəti ilə yerli məşqçilərə təlimlər keçirilmiş, yaşayış yerləri və kütləvi istirahət zonalarında əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün xüsusi sahələr ayrılmış, həmçinin muxtar respublikanın  hər yerində sadə tipli idman qurğularının yerləşdirildiyi istirahət parkları, müxtəlif idman avadanlıqları ilə təmin olunmuş idman meydançaları əhalinin istifadəsinə verilmişdir. Görülən işlərin davamı olaraq bu gün Naxçıvan Muxtar Respublikası Təhsil və Gənclər və İdman nazirlikləri tərəfindən  “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın 1.8-ci bəndində qeyd olunan bütün təhsil müəssisələrində idman klublarının yaradılması və idmanın müxtəlif sahələri üzrə şagird və tələbələrin idmana cəlb edilməsi istiqamətində muxtar respublikada fəaliyyət göstərən  təhsil müəssisələrində müxtəlif idman növləri üzrə klublar yaradılır.

Gənclər və İdman naziri klub rəhbərlərinə uğurlar arzulayaraq qeyd edtmişdir ki, daim inkişafda olan idmanımızda bu atılan addımlar yeniliklərə yol açacaq və Naxçıvan idmanı daha da inkişaf edəcəkdir.

Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev, Sədərək rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Nizami Qədimov, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səyyarə Şahgəldiyeva çıxış edərək təhsil müəssisələrində idman klublarının yaradılmasının şagirdlərin fiziki cəhətdən sağlam böyümələrində, asudə vaxtalarının səmərəli təşkilində, idmanın kütləviliyinin artırılmasında, istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayacağını bildirmişlər.

Sonra Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə ümumtəhsil müəssisələrində yaradılan idman klubları haqqında məlumat verərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində - Naxçıvan şəhəri üzrə 28, Şərur rayonu üzrə 30, Ordubad rayonu üzrə 26, Babək rayonu üzrə 23, Culfa rayonu üzrə 23, Kəngərli rayonu üzrə 21, Şahbuz rayonu üzrə 19, Sədərək rayonu üzrə 15 olmaqla 118 məktəbdə 12 idman növü üzrə 185 idman klubu yaradılır. Həmin idman klublarından 29-u atletika, 32-si voleybol, 31-i basketbol, 24-ü futbol, 15-i sərbəst güləş, 8-i boks, 7-si karate-do, 17-si stolüstü tennis, 4-ü cüdo, 14-ü mini futbol, 2-si ağır atletika, 2-si isə gimnastikadır.

Tədbirin sonunda yaradılan təhsil idman klublarının tədbirlər planı müzakirə olunmuş, idman klublarının fəaliyyətinin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıqlar verilmişdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg